Türkiyə bu ölkənin 62 milyonluq borcunu sildi
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu silib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekdə Ərdoğanla danışıqlardan sonra Japarov Qırğızıstan və Türkiyə arasında ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq planlarını da açıqlayıb. Bir il əvvəl iki ölkə arasında ixrac-idxal əməliyyatlarının həcmi 1,34 milyard dollar təşkil edib.
Ticarət qaydalarını sadələşdirməklə ticarət dövriyyəsini artırmaq mümkündür. Nümunə kimi Japarov Türkiyənin Qırğızıstandan gələn bir sıra mallara güzəştli gömrük tarifləri tətbiq etməsini göstərib.
Japarov Ərdoğandan Qırğızıstan ixracının əsasını təşkil edən malların kateqoriyaları üçün güzəştli gömrük tariflərinin tətbiqi imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















