Icma.az
close
up
RU
Türkiyə bu ölkənin 62 milyonluq borcunu sildi Yeni Çağ Media

Türkiyə bu ölkənin 62 milyonluq borcunu sildi Yeni Çağ Media

Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu silib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bişkekdə Ərdoğanla danışıqlardan sonra Japarov Qırğızıstan və Türkiyə arasında ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmaq planlarını da açıqlayıb. Bir il əvvəl iki ölkə arasında ixrac-idxal əməliyyatlarının həcmi 1,34 milyard dollar təşkil edib.

Ticarət qaydalarını sadələşdirməklə ticarət dövriyyəsini artırmaq mümkündür. Nümunə kimi Japarov Türkiyənin Qırğızıstandan gələn bir sıra mallara güzəştli gömrük tarifləri tətbiq etməsini göstərib.

Japarov Ərdoğandan Qırğızıstan ixracının əsasını təşkil edən malların kateqoriyaları üçün güzəştli gömrük tariflərinin tətbiqi imkanlarını nəzərdən keçirməyi xahiş edib.

www.yenicag.az

seeBaxış sayı:98
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri