Türkiyə Çelsi nin yetirməsini milliləşdirəcək
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Çelsi" klubunun yetirməsi olan Ümit Akdağ Türkiyə millisində oynaya bilər.
Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı 21 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Hazırda "Alanyaspor"un formasını geyinən Akdağ bu barədə qərar verməyib. Buxarestdə dünyaya gəlmiş Ümitin hər iki valideyni türkdür.
FKSB-nin yetirməsi olan gənc futbolçu "Çelsi"nin də akademiyasında çıxış edib. "Göztepe", "Alanyaspor" və "Tuluza"da çıxış etmiş Ümitin xidmətində Avropanın bir çox klubu da maraqlıdır. Mərkəz müdafiəçisi olan futbolçu Rumıniyanın U-21 yığmasında 10 matç keçirib və iki qol vurub.

“Çelsi” yetirməsini geri çağırdı
15 Yanvar 2025 18:46
Rumıniya yığmasının üzvü Türkiyə millisində oynaya bilər milliləşdirəcək
03 Sentyabr 2025 12:03
Ərdoğan: Türkiyə İsraildən Livanda atəşkəs şərtlərini yerinə yetirməsini gözləyir
27 Noyabr 2024 15:01
“Çelsi”nin çempionluğu VİDEO
29 May 2025 10:13
“Çelsi”nin hədəfinə düşdü
26 Dekabr 2024 20:12

