Icma.az
close
up
RU
Türkiyə Cənubi Qafqazda müharibə istəmir Erməni türkoloq

Türkiyə Cənubi Qafqazda müharibə istəmir Erməni türkoloq

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Suriyada baş verən son hadisələr Türkiyənin mövqelərinin möhkəmlənməsinə böyük töhfə verib. Ankara qonşu ölkədə hakimiyyətin ötürülməsi prosesinə rəhbərlik etmək və orada böyük rol oynamaq baxımından böyük öhdəliklər, böyük yük götürüb. Cənubi Qafqaza gəlincə, artıq Türkiyənin buradakı mövqeləri güclüdür, bunun üçün əlavə həmlələrə ehtiyacı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Safrastyan deyib.

Onun fikrincə, Cənubi Qafqazda vəziyyətin gərginləşməsi Türkiyənin marağında deyil:

“Hazırda Yaxın Şərqdə mühüm geosiyasi dəyişikliklər dövrü baş verir, bunda da əsas məqsəd ABŞ-nin Yaxın Şərqdəki rolunu azaltmaqdır. Türkiyə də bu vəziyyətdə Amerika tərəfi ilə razılaşaraq, lazımi addımları ataraq və lazımi dəstəyi alaraq, həmin boşluğu doldurmağa çalışacaq. Bu, həm də belə qənaətə gəlməyə imkan verir ki, Türkiyə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə can atmayacaq”.

Safrastyan qeyd edib ki, son illərdə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Ankara Türkiyəni dünyanın ən mühüm qərar qəbul edən ölkələrindən birinə çevirməkdə olan böyük strateji siyasət həyata keçirir:

“Ərdoğan hətta dünyanın daha böyük olduğunu və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə məhdudlaşmadığını bəyan edib. Türkiyə prezidenti ölkəsini qlobal oyunçuya çevirməyə çalışır. Həmçinin Türkiyə hazırda regionumuzda möhkəmlənmiş mövqelərin nəticəsində yaranan status-kvonun Ermənistan-Azərbaycan müqaviləsində də sənədləşdirilməsində və Azərbaycan üçün əlverişli olmasını təmin etməkdə maraqlıdır. Buna görə də, hesab edirəm ki, Türkiyə yaxın gələcəkdə burada gərginliyin artmasını və ya yeni müharibənin olmasını istəməz”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 04 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri