Icma.az
close
up
RU
Türkiyə daha etibarlı müttəfiq kimi görünür

Türkiyə daha etibarlı müttəfiq kimi görünür

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


“Türkiyə eyni Türkiyədir, dəyişən başqalarıdır. Donald Trampın Amerikası ilə müqayisədə Türkiyə indi daha etibarlı müttəfiq kimi görünür”.
Reyting.az
xəbər verir ki, bu fikirlər “Ekonomist” nəşrinin Türkiyə-Avropa münasibətlərinə həsr etdiyi məqalədə yer alıb.
Nəşr Ərdoğanın tankda Türkiyə bayrağı ilə irəlilədiyini və Avropanın onu Avropa Birliyi bayrağı ilə qarşıladığını əks etdirən karikaturadan da istifadə edib.
Məqalə “Amerika geri çəkilir, Rusiyadan gələn təhlükə artır və Ukrayna müdafiədədir”,- başlığı ilə təqdim edilib. Bildirilir ki, yeni xərc öhdəliklərinə baxmayaraq, silah istehsalı hələ də arxayınlaşacaq səviyyədə deyil.
Məqalədə “Qorxmayın, avropalılar, Rəcəb Tayyib Ərdoğan sizinlədir”,- ifadəsi xüsusilə diqqəti cəlb edib:
“Türkiyə müdafiə baxımından pulundan daha çox qazanır. Ölkənin müdafiə sənayesi sürətlə inkişaf edir. Zirehli texnika, hücum və müşahidə pilotsuz təyyarələri, döyüş gəmiləri, yüngül silahlar və sursatlar Türkiyənin istehsal xətlərindən tökülür. Gecikmələrə baxmayaraq, Türkiyənin “Altay” döyüş tankı və gizli döyüş təyyarəsi olan “Kaan”ın onilliyin sonunda xidmətə girəcəyi gözlənilir.
Onun ordusu həm NATO daxilində, həm də xaricdə Avropanın təhlükəsizlik arxitekturasını gücləndirmək üçün lazım olan əzələ gücünə və təcrübəyə malikdir. Ukrayna istisna olmaqla, Avropada heç bir ordu Türkiyənin 400.000 fəal əsgərdən ibarət ordusu ilə böyüklük baxımından rəqabət apara bilməz”, - məqalə deyilir.
Əlavə olunur ki, Avropa Ərdoğanın Ukrayna ilə bağlı dəstəyinə də ümid bəsləyir. Türkiyə mümkün atəşkəs olacağı təqdirdə daha böyük bir sülhməramlı qüvvənin tərkibində Ukraynaya qoşun göndərməyi təklif edib. Türkiyənin Rusiyaya, xüsusən də Suriya və Liviya məsələsinə qarşı mövqeyini nəzərə alsaq, bu təklif heç də asan qarşılanmayacaq.
“Soyuq müharibə” bitdikdən sonra Avropa Birliyi və Türkiyənin onilliklər ərzində bir-birini anlamadan danışdığı və münasibət saxladığı qeyd edilən məqalədə bildirilir:
“Türkiyə liderləri, son olaraq Ərdoğan, ölkənin strateji rolunun, yəni Yaxın Şərq, Qara dəniz və Qafqaza açılan qapı olmasının Avropa Birliyinə üzvlüyünün davam etdirilməsi üçün yetərli olduğunu müdafiə etdi. Bu dialoq Türkiyənin 2005-ci ildə başlayan AB üzvlük danışıqlarının ən başından nəticəsiz qalacağı anlamına gəlirdi, amma bunun dəyişdiyi və “Avropanın indi Ərdoğanla danışmağı” öyrəndiyi görünür.
Bu gün qaçqınlarla bağlı narahatlığı Rusiya qorxusu əvəz etsə də, Avropa praktiki olaraq “Ərdoğanla danışmağı öyrənib”,- deyə məqalədə qeyd edilib.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri