Icma.az
close
up
RU
Türkiyə dronları bəlli sərhəddə müşahidə aparır: Ermənistanın iddiası yalandır

Türkiyə dronları bəlli sərhəddə müşahidə aparır: Ermənistanın iddiası yalandır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan əraziləri Avropanın, İranın, ABŞ-nin müşahidəçiləri ilə dolub-daşıdığı bir mühitdə Türkiyə ordusunun buna nəzarət etmək məsələsi təbiidir


Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur. “Hraparak” nəşri dronların bir neçə ərazidə göründüyünü bildiriblər. Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb. 

Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib. İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər. Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb. Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib: “Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib. Ən gec iki gündə bir mütləq görürük. Bunun həm görünüşü, həm də səsi əvvəlkilərdən fərqlidir. Səsinə, uçuş hündürlüyünə və formasına görə onun hansı dron olduğunu artıq bilirik”. “Hraparak” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik sərhəddə heç bir qeyri-qanuni uçuşun qeydə alınmadığını bildirib. 


Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə dronlarının sərhəd ərazilərdə müşahidə aparması faktı adi rutin haldır. Ekspertin sözlərinə görə, Türkiyənin öz sərhədlərinə nəzarət etməsi üçün dronlardan istifadə etməsi müasir texnologiyaların türk ordusunda geniş tətbiq edildiyini göstərir:

 "Dronların Ermənistan sərhədini də nəzarətdə saxlaması xüsusi durumla bağlıdır. Məlum olduğu kimi, Türkiyə NATO ölkəsidir və Ermənistanda Rusiya ordusu mənsubları var. O baxımdan Türkiyənin hərbi birləşmələrə nəzarət etmək istəyi təbiidir. Bura Ermənistana İranla sərhəddən daşınan silahların da nəzarətdə saxlanılmasını əlavə etmək lazımdır. Türkiyə Azərbaycan üçün də məlumat toplamaqla məşğul olur. Ermənistan mediasının guya Türkiyə dronlarının onun sərhədlərini pozması iddiası isə yalandır. Dronlar sərhədləri bəlli trayektoriya üzrə nəzarətdə saxlayır. Türkiyə dronlarının texniki parametrləri elədir ki, sərhədə yaxınlaşmadan nəzarət apara bilirlər". 


Analitik vurğulayıb ki, Ermənistan sərhəd pozuntusu halında belə buna cavab vermək gücündən uzaqdır, çünki Türkiyə ilə gərginlik onlara lazım deyil: "Ermənistan əraziləri Avropanın, İranın, ABŞ-nin müşahidəçiləri ilə dolub-daşdığı bir mühitdə Türkiyə ordusunun buna nəzarət etmək məsələsi həm təbiidir, həm də Ermənistan üçün heç nəyi dəyişmir. Ermənistan hakimiyyətinin ictimaiyyətdən bu faktları gizlətməsi ermənilərdə türklərə qarşı əlavə qıcıq yaratmamaq məqsədi daşıyır. Eyni zamanda da öz zəifliklərini gizlətmək üçündür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2024 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri