Icma.az
close
up
RU
Türkiyə Ermənistanın maraqlarından çıxış edir?

Türkiyə Ermənistanın maraqlarından çıxış edir?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ötən həftə Azərbaycan Prezidenti  İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bəyanatlar ölkənin əsas gündəmi oldu.

Qeyd edək ki, prezident Əliyev müsahibəsində Ermənistanla sülh müqaviləsi, sərhədlərin dəqiqləşməsi prosesi, Zəngəzur dəhlizinin açılması barədə sərt mövqe sərgilədi.

Ölkə başçısı xüsusilə Ermənistanın üzərində dayanaraq, bu ölkəni faşizmdə günahlandırdı.

Bu arada isə diqqəti çəkən Azərbaycana dost-qardaş ölkə olan Türkiyənin davranışları oldu.

Belə ki, Türkiyə xarici işlər naziri Hakan Fidan erməni həmkarı Ararat Mirzoyana zəng etdi.

Bundan əlavə Hakan Fidan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün “tarixi” imkan pəncərəsi açılıb: “İnanıram ki, Ermənistan da uzunmüddətli maraqlardan çıxış edir və Baş nazir Paşinyanın bu istiqamətdə müsbət müraciətini vacib hesab edirik. Paşinyan dinc mövqe ifadə edir və nizamlanmada irəliləyişə kömək edir. Biz tərəflər arasında vasitəçisiz danışıqları dəstəkləməyə davam edirik. İki ölkə arasında sülh bağlanması regionda yeni imkanlar açacaq”.

Azərbaycanla Türkiyənin strateji müttəfiq olmasını nəzərə alsaq, o zaman qardaş ölkənin XİN rəhbərinin İlham Əliyevin bəyanatının ardından bu fikirləri səsləndirməsi bir sıra suallar  yaradır.

Əgər doğrudan da Türkiyə Azərbaycanla dostluğunda səmimidirsə, o zaman niyə bu tələsik mövqeni ifadə edir?

Türkiyənin bu davranışı  Azərbaycana yarımçıq və tələsik sülh sazişi üçün təzyiq edən ölkələrin maraqlarına cavab verir.

Afət Abbasova

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see285

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see279

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see262

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see258

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see256

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see253

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see251

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see241

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see232

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see230

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see222

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see212

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see207

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see207

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see184

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see179

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see175

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see170

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri