Icma.az
close
up
RU
Türkiyə eksperti: Orta və Zəngəzur dəhlizləri regionun strateji gələcəyini müəyyənləşdirir

Türkiyə eksperti: Orta və Zəngəzur dəhlizləri regionun strateji gələcəyini müəyyənləşdirir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti bölgədə çoxqütblü əməkdaşlığın və yeni iqtisadi dəhlizlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “ŞƏT plyus” formatında keçirilən görüşdə səsləndirdiyi çıxışda Zəngəzur və Orta dəhlizlərin strateji önəmi xüsusi vurğulanıb. Bu dəhlizlər yalnız Azərbaycanın tranzit imkanlarını genişləndirmir, həm də regional və qlobal səviyyədə yeni iqtisadi və nəqliyyat əlaqələri üçün əlverişli zəmin yaradır. Tiencin görüşü çərçivəsində verilən mesajlar Azərbaycan ilə Türkiyənin regional tranzit və logistika şəbəkələrində strateji mövqeyini möhkəmləndirərək, Orta və Şimal-Cənub dəhlizlərinin birləşməsində mühüm rol oynaya biləcəyini göstərir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən türkiyəli siyasi ekspert Əli Fuad Gökçə regionda formalaşan yeni geosiyasi reallıqları şərh edərək bildirib ki, Tiencin görüşü bir daha çoxqütblü dünyanın zəruriliyini ortaya qoydu. Onun sözlərinə görə, bu baxımdan Çin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi xüsusi əhəmiyyət daşıyır.

“Orta Dəhlizin daha səmərəli və az maliyyətli fəaliyyət göstərməsi üçün Zəngəzur dəhlizinin açılması vacibdir. Bu yol Azərbaycanla Türkiyə arasındakı əlaqələri, həmçinin Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə bağlarını möhkəmləndirəcək. Nəticədə, ticarət əlaqələrinin genişlənməsi türk dövlətlərinin iqtisadi gücünü artıracaq”, - deyə Əli Fuad Gökçə vurğulayıb.

O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Türk dövlətləri üçün deyil, həm də Ermənistan və bütövlükdə regionun sabitliyi baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu prosesə İranın da qoşulması vacib amillərdən biridir. Qarabağ müharibəsindən sonra gündəmə gətirilən “3+3” formatı regiondakı problemlərin imperiya dövlətlərinin müdaxiləsi olmadan həllinə imkan yaradır.

Əli Fuad Gökçə sonda əlavə edib ki, Orta Dəhliz Zəngəzur dəhlizi ilə birləşdikdə, daha məqsədyönlü və strateji əhəmiyyətli layihəyə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri