Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədi açılır? Hər şey Bakının “hə”sindən asılıdır

Türkiyə Ermənistan sərhədi açılır? Hər şey Bakının “hə”sindən asılıdır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi uzun müddətdir əsas müzakirə mövzusu olaraq qalır. Rəsmi İrəvan iddia edir ki, yaxın aylarda sərhədlərin açılması reallaşa bilər. Bu, erməni diplomatiyasının əsas prioritetidir. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurmaq və sərhədlərin açılmasını təmin etmək üçün təşəbbüslərin çoxu Ermənistandan gəlib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə–Ermənistan normallaşma prosesi ilə bağlı açıqlama verərək, artıq dialoq mərhələsindən konkret addımlar mərhələsinə keçilməli olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə ilə aparılan danışıqlar müsbət istiqamətdə gedir və yaxın vaxtlarda “əhəmiyyətli və simvolik” irəliləyiş mümkündür: “Normallaşma dalğası Qafqaza yayılır, Ermənistan Azərbaycanla ticarət və enerji siqnalı verdi. 1993-cü ildən bağlı olan Türkiyə–Ermənistan quru sərhədinin açılması normallaşma prosesinin əsas mövzularından biri olaraq qalır. Ermənistan Margara sərhəd-keçid məntəqəsini texniki baxımdan hazır vəziyyətə gətirib, lakin Türkiyə hələlik sərhədin üçüncü ölkə vətəndaşlarına açılması ilə bağlı razılaşmanı icra etməyib”.

Nazir vurğulayıb ki, Ankara ilə atılacaq addımlar prioritetdir və prosesdən sahədə real nəticələr gözlənilir. Eyni zamanda, regional sülh fonunda Azərbaycanla birbaşa ticarət və enerji əməkdaşlığı imkanlarının da gündəmdə olduğunu qeyd edib.

Qeyd edək ki, erməni mediasında Türkiyənin 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacağına dair məlumat yayılıb. Bildirilib ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb. Lakin Türkiyə hələlik yükdaşımalar üçün sərhədi açmaq niyyətində deyil.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi şərh edən Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, tərəflər bu istiqamətdə öz üzərinə düşən bir sıra işləri görüb və mütəmadi olaraq texniki dəyərləndirmələr aparılır. Ermənistanın və Türkiyənin müvafiq səlahiyyətli nümayəndələri bu istiqamətdə dəfələrlə görüşlər keçiriblər:

“Bu görüşlərin keçirilməsi iki ölkə arasında münasibətlərin sürətlə normallaşması istiqamətində atılan addımlardan hesab olunur. Amma bununla yanaşı Türkiyə tərəfi rəsmən bəyan edib ki, sərhədlərin açılması ilə bağlı konkret tarixin bəyan edilməsi doğru deyil. Çünki Türkiyə Ermənistanla normallaşma prosesini Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə əlaqələndirir. Azərbaycanla Türkiyə arasında bu istiqamətdə koordinasiyalı bir fəaliyyət həyata keçirilir. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilk növbədə Azərbaycanın razılığı ilə olmalıdır. Azərbaycanın isə Ermənistan qarşısında müəyyən şərtləri var. Əsas tələb Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvidir. Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Əgər Ermənistan hakimiyyəti bunu sürətlə həyata keçirəcəksə o zaman Türkiyə ilə sərhədlərin açılması da mümkün ola bilər. Amma sərhədlərin seçkilərə qədər açılması nəzəri baxımdan mümkün ola bilər yalnız o halda ki, Ermənistandakı siyasi vəziyyətdən asılı olaraq Azərbaycanın razılığı ilə Türkiyə belə bir addımı ata bilər. Türkiyə tərəfindən atılacaq addımlar hökmən Azərbaycanla əlaqələndirilmiş addımlar olacaq. Türkiyə hesab edir ki, sərhədin açılması üçün zamanı düzgün seçmək lazımdır. Sülh sazişinin imzalanması üçün isə gərək Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir. İyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq üçün tezdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri