Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədi niyə açılıb? Yeni məlumatlar və detallar

Türkiyə Ermənistan sərhədi niyə açılıb? Yeni məlumatlar və detallar

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

21 martda açılan Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı xəbəri Azərbaycanda geniş rezonans doğurub. Məlum olduğu kimi Türkiyə Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. Ermənistanla sərhədin açılması danışıqları İrəvanın Azərbaycanla münasibətləri normallaşdırması ilə paralel aparılır.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib: “Türkiyədən gözlənilməz addım: Ermənilərlə sərhəd açıldı, Bakı xəbərsiz qaldı” başlığı ilə yayılan məlumatlar həqiqəti əks etdirmir”

Vurğulanıb ki, “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi yalnız Ermənistandan Suriyaya çatdırılacaq humanitar yardım karvanının Türkiyədən gedib-geri qayıtmasını təmin etmək üçün açılıb:

“Nazirlər Şurasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən, “Alican” sərhəd-keçid məntəqəsinə yalnız humanitar yardım daşımaları üçün müvəqqəti sərhəd qapısı statusu verilib. Ermənistana məxsus 4 TIR-dan ibarət humanitar yardım karvanı “Hatay/Cilvegözü” sərhəd-keçid qapısı vasitəsilə Suriyaya humanitar yardım çatdırmaq üçün İğdır vilayətindəki “Alican” sərhəd-keçid məntəqəsindən keçib (21 martda -red). Sözügedən yük maşınları eyni marşrutla Ermənistana qayıdacaq”.

Azərbaycan və Türkiyə mediası humanitar yardım bəhanəsi ilə Ermənistanın Türkiyə ilə sərhəd qapısını açıq saxlamağa çalışacağından narahatlığını ifadə etmişdi.

Türkiyə Ermənistanla sərhəd məsələsində Azərbaycanın maraqlarını nəzərə alacaq? “Marqara” həqiqətən 10 günlük açılır? Proses bu və ya başqa formada uzana bilər?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsinin açılması Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin razılaşdırılmış ssenarisi əsasında həyata keçdi:

“Azərbaycan mediası və ictimaiyyətində hadisəsonrası bir sıra haqlı suallar yaratdı. Bu təbiidir. Türkiyə-Azərbaycan müttəfiqdir və bu kimi məsələlərin narahatlıq doğurması başadüşüləndir.

Biz informasiya məkanını təhlil etsək, bu nəticəyə gələ bilərik ki, həmin sərhəd məntəqəsi sanki birgə razılıq əsasında deyil, Türkiyənin təktərəfli qərarı əsasında açılıb. Əslində isə bu belə deyil. Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olan bir digər məqam da “Alican” sərhəd-keçid məntəqəsinin 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən sonra da açılmasıdır. Belə ki, Ermənistan tərəfindən göndərilən humanitar yardımları daşıyan yük maşınları iki ayrı konvoyda müxtəlif tarixlərdə 2 dəfə eyni qapıdan girib-çıxıb.


Aqşin Kərimov

Mən prosesə daha çox Azərbaycan necə yararlana bilər baxışını sərgiləmək istəyirəm. Məsələ ondan ibarətdir ki, Ermənistan həm Nikol Paşinyan, həm də ondan öncəki hakimiyyətlər zamanında Suriyada Bəşər Əsədə dəstək göstərib. Buna görə əslində İrəvan Qərbdəki tərəfdaşları tərəfindən də qınanmayıb. İndi isə “Alican” sərhəd-keçid məntəqəsinə yalnız humanitar yardım daşımaları üçün açıldığı deyilir.

Görünür ki, Türkiyə prosesdə Ermənistanı öz yanına çəkmək istəyir. Söhbət Suriyanın yeni hakimiyyətinə dəstəkdən gedir. Türkiyə ilə Ermənistanın yaxınlaşması İranın təsirlərini cilovlaya bilər. Ermənistan bu günə qədər Bəşər Əsədi dəstəkləyirdisə, bu, İranın regional siyasətinə də təkan verirdi.

Artıq geosiyasi şərait tamamilə dəyişib. Türkiyə Suriyada təhlükəsizlik arxitekturasının qurulmasında birbaşa iştirak edir. Bu məsələdə Azərbaycan da Türkiyəyə dəstəyini ifadə edə bilər. Ermənistanın birdən-birə İran xəttindən ayrılıb Türkiyə ilə ortaq hərəkət etməsi İranın təsirlərinin azaldılması baxımdan əhəmiyyəti ola bilər.

Azərbaycan və Türkiyə Ermənistanı İranın təhlükəsizlik çətirindən qırmızı xətlər sahəsindən ayıra biləcək bir siyasət yürüdə bilər. Suriya məsələnin geniş kontekstini mən bu fikirlərdə görürəm.

Məsələ Suriya olsa da Cənubi Qafqaza təsiri daha böyükdür. Yeni şərtləri Bakı-Ankara müəyyən edəcək. Ehtimal ki, Azərbaycan və Türkiyə bu məsələdə ortaq hərəkət edir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Mart 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri