Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədləri açılır? Zəngəzur dəhlizində sürpriz gəlişmə

Türkiyə Ermənistan sərhədləri açılır? Zəngəzur dəhlizində sürpriz gəlişmə

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Globalinfo.az Türkiyə, eləcə də Azərbaycan xarici siyasəti ilə bağlı aktuallıq kəsb edən bəzi mövzuları Türkiyəli politoloq Engin Özerlə müzakirə edib.

Sözügedən müsahibəni təqdim edirik:

– İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu və digərlərinə qarşı aparılan “casusluq işi” üzrə şübhəli şəxs Hüseyn Günün telefonunda yüksək vəzifəli şəxslərə məxsus əlaqə nömrələri müəyyən edilib. Aşkarlanan 34 əlaqə nömrəsi arasında Ermənistanın keçmiş prezidenti Armen Sərkisyan, sabiq baş nazir Karen Karapetyan, Donald Trampın baş assistenti, İsrailin keçmiş baş naziri Ehud Olmert, mərhum prezident Şimon Peresin oğlu da yer alır. Hüseyn Gün açıqlamasında bu nömrələrin onun keçmiş biznes və iqtisadi fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib. Hüseyn Günün bu kripto fəaliyyəti Türkiyə üçün hansı təhlükə və təhdid yaradır? Keçmiş İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu casusluq istintaqının mərkəzində yer alır. İmamoğlu ilə bağlı istintaq sizcə, necə başa çatacaq?

– Əslində, bu gün bu məsələ barədə çox məlumatımız yoxdur. Hüseyn Gün əsasən lobbiçilik fəaliyyəti göstərən və kripto proqram təminatı hazırlayan bir adamdır. İmamoğlu isə əlbəttə ki, həbs ediləcək və  məhkəmə qarşısına çıxarılacaq. Bildiyiniz kimi seçki prosesində İmamoğlu Britaniya səfiri ilə görüşmüşdü. Və ingilislər Ərdoğandan sonrakı dövrdə prezidentliyə ən güclü namizəd olaraq İmamoğlunu görürdülər. Yəni onun belə bir siyasi əlaqələri var, amma bunu casusluq fəaliyyəti hesab etmək bir az böyük iddiadır. Onlarla əməkdaşlıq edirdi və bu zatən qeydə alınıb.

– Bu məsələnin fonunda ötən gün Böyük Britaniya Baş naziri Starmerin Türkiyəyə səfəri diqqət çəkir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü “tarixi bir gün” adlandıran Starmer Böyük Britaniya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın ilk çərçivəsi olan strateji tərəfdaşlığı elan etdiklərini deyib. O, Böyük Britaniyanın Türkiyəyə 20 ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi verəcəyini və gələcəkdə bu tədarükün artırılacağını qeyd edib. “Bu, NATO daxilində təhlükəsizliyi dərinləşdirəcək və gücləndirəcək. Müdafiə sənayesində qarşılıqlı əməkdaşlığı gücləndirəcək” deyə o, əlavə edib. Mövcud beynəlxalq münasibətlər sistemi kontekstində Böyük Britaniya ilə Türkiyə arasında strateji tərəfdaşlığın yeni səviyyəsini şərh edərdiniz. Və Starmerin səfəri ilə Hüseyn Gün hadisəsi arasında hər hansı əlaqə ola bilərmi?

– Türkiyə-Böyük Britaniya münasibətləri 2016-cı ildən bəri tarixdə ən yüksək səviyyədədir. Türkiyənin siyasətində dəyişiklik var. Böyük Britaniyadan ABŞ-a doğru strateji genişlənmə aparılır. Bu hadisə ehtimal ki, Starmer ilə müzakirə olunmayıb. Çünki bu təyyarələrin tədarükü ilə bağlı danışıqlar artıq uzun müddətdir ki, aparılır. Bu məqamda yeni araşdırmalar ola bilər. Hətta istintaq nəticəsində hökumətə yaxın şəxslər də açıqlana bilər.

– Dünən Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduqlarını bildirib. O, “Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, biz də Azərbaycan üçün tranzit məhdudiyyətlərini qaldırırıq” deyib. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana bütün yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etmişdi. Bu prosesi necə dəyərləndirirsiniz? Bütün bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək?

Engin Özer

– Biz hazırda Zəngəzur dəhlizi açıldıqdan sonrakı prosesin sınaqlarını görürük. Çox müsbət irəliləyiş kimi dəyərləndirirəm. Bu cür proseslər addım-addım irəliləyir. Bundan sonra Türkiyə-Ermənistan sərhədinin açılması baş verə bilər. Və Türkiyə Ermənistanla yenidən diplomatik münasibətlər quracaq. Buradan belə başa düşürük ki, prosesin davamında Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunacaq.

– Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin sammitinə dəvət etdiklərini bildirib. Sizcə, bu dəvətə Azərbaycan və Türkiyə necə cavab verəcək?

– Əlbəttə, Ərdoğan bu zirvəyə qatılacaq. Avropa İttifaqı (Aİ) nöqteyi-nəzərindən də bu böyük bir qazanc və uğurdur. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və iki ölkənin də Aİ-yə üzv olması həqiqətən də təşkilat üçün böyük bir siyasi uğurdur. Çünki Ermənistan Türkiyəsiz Aİ ilə bağlı hər hansı əlaqə qura bilməz.

– Monteneqroda həftə sonu bir yerli sakinin bıçaqlanmasından sonra baş verən zorakılıq hadisələri nəticəsində onlarla Türkiyə vətəndaşı və azərbaycanlılar saxlanılıb. Polis paytaxt Podqoritsanın Zabjelo bölgəsində yerli bir sakinin türklər tərəfindən bıçaqla yaralandığını bildirib. Baş nazir Miloyko Spajiç Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq dayandırılacağını açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı açıqlama verməyib. Türkiyə Xarici İşlər Nazirliyi hadisələri “təəssüf doğuran” kimi qiymətləndirib, hadisələrin baş verməsindən sonra Monteneqro rəsmiləri ilə əlaqə saxlanıldığını və Türkiyə vətəndaşlarının təhlükəsizliyi üçün tədbirlərin görüldüyünü açıqlayıb. Rəsmilər bildirirlər ki, son zamanlar Türkiyədən Monteneqroya biznes qurmaq və ya iş axtarmaq üçün köçən insanların sayında artım müşahidə olunur. Bəhs olunan hadisəyə bu cür reaksiya verilməsi nə ilə bağlıdır? Avropada Türkiyə vətəndaşlarına münasibəti necə qiymətləndirərdiniz?

– Bu məsələ tamamilə Türkiyə vətəndaşlarının günahından qaynaqlanır. Mən də bir vaxtlar paytaxt Podqoritsada olmuşam. Orada adətən Türkiyədən qaçan mafiya üzvləri məskunlaşırlar. Türkiyə vətəndaşlarının etdiyi təqib səbəbindən dava baş verib. Üç nəfər bir Monteneqrolu serbə hücum edərək onu bıçaqlayıblar. Bu cür hadisələrə adətən belə reaksiya göstərirlər. Vizasız rejimdən sonra Türkiyədəki qanunsuz immiqrantlar əsasən Monteneqro və Serbiya kimi ölkələrdə sığınacaq axtarmağa başladılar. Kosovo və Gürcüstana vizasız getmək mümkündür. Bir müddət sonra vəziyyət yenidən sakitləşəcək. Burada Monteneqronu günahlandırmaq üçün heç bir səbəb görmürəm.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri