Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədləri açılır? Ankaradan ÖZƏL AÇIQLAMA

Türkiyə Ermənistan sərhədləri açılır? Ankaradan ÖZƏL AÇIQLAMA

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Erməni mətbuatında yayılan iddialara görə, sərhədlərin tezliklə açılmasına hazırlıq gedir.

Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da mətbuata açıqlamasında da bu barədə danışıb. Paşinyan Ermənistanın birbaşa Türkiyə ilə danışıqlar apardığını bildirib.

“Ermənistan sərhədləri yalnız Türkiyə vasitəsilə deyil, müxtəlif istiqamətlərdən də açıla bilər. Mən inanıram ki, Ermənistan-Türkiyə sərhədi açılacaq”, - o qeyd edib.

Məsələ ilə bağlı Türkiyədən hələlik rəsmi açıqlama verilməyib.

Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Yıldırım Tuğrul bildirib ki, hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində hər hansı addımlar atılmır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistandan konstitusiyaya dəyişiklik etməsini tələb edib. Bu şərt yerinə yetirildikdən sonra sülh prosesi davam edəcək. Türkiyənin Ermənistanla münasibətlərini kəsməsinin səbəbi bu ölkənin haqsız olaraq Azərbaycan torpaqlarını işğal etməsiydi. Türkiyə də buna qarşı reaksiya olaraq, Ermənistanla əlaqələrini kəsdi. Hələlik sülh prosesi tam yekunlaşmadığı üçün sərhədlərin açılmasından söhbət getmir”.

Deputatın fikrincə, Ermənistan konstitusiyasında ərazi iddiaları ilə bağlı maddələr çıxarılsa, Azərbaycanla münasibətlər normallaşar:

"Türkiyə sülh sazişinin imzalanmasının ertəsi günü münasibətləri normallaşdırar. Türkiyənin ayrıca problemi yoxdur. Sərhədlərin bağlı qalmasının ziyanını da Ermənistan özü çəkir. Qapal yaşayırlar. Türkiyənin yumurtasından, qatığına qədər hər şeyinə möhtacdırlar, İran və ya Gürcüstandan bu məhsulları daha baha qiymətə alırlar. Əgər ağıllı olsalar, öz toplumları rifaha qovuşar. Münasibətləri düzəltməyək demirik ki...”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri