Türkiyə Ermənistana görə qanunvericiliyində dəyişiklik etdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə bundan sonra ixrac etdiyi məhsullarla bağlı sənədlərdə Ermənistanı da son təyinat ölkəsi kimi göstərəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bu qərar Türkiyədən Ermənistana məhsulların fiziki olaraq birbaşa çatdırılması anlamına gəlmir. Onun sözlərinə görə, söhbət yalnız sənədlərdə Ermənistanın son alıcı ölkə kimi göstərilməsindən gedir.
“Əgər hər hansı məhsul bir ölkədən alınaraq üçüncü ölkə vasitəsilə ixrac edilirsə, həmin məhsulun sonda göndərildiyi ölkə də göstərilməlidir”, - deyə Ermənistan KİV-ləri Paşinyanın sözlərini sitat gətirib.
Baş nazir əlavə edib ki, indiyədək Türkiyə qanunvericiliyində Ermənistan son təyinat ölkələri siyahısında yer almırdı. Buna görə də idxalçı ölkə kimi üçüncü dövlət rəsmiləşdirilir, məhsullar isə daha sonra həmin ölkə üzərindən Ermənistana göndərilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 12 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















