Icma.az
close
up
RU
Türkiyə Ermənistana qapı açır...

Türkiyə Ermənistana qapı açır...

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanda isə kimin daha çox qazanacağını hesablayırlar

Ermənistan–Türkiyə sərhədlərinin açılması məsələsi bu gün əsas müzakirə mövzusu olaraq qalır. Rəsmi İrəvan iddia edir ki, yaxın aylarda sərhədlərin açılması reallaşa bilər. Bu, erməni diplomatiyasının əsas prioritetidir. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurmaq və sərhədlərin açılmasını təmin etmək üçün təşəbbüslərin çoxu Ermənistandan gəlib.

Danışıqlar prosesinin daimi xarakter alması üçün hər iki ölkə xüsusi nümayəndələr təyin edib. Türkiyədən təcrübəli diplomat Sərdar Kılıç və Ermənistandan parlamentin sədr müavini Ruben Rubinyan bir neçə dəfə görüşüblər. Son görüş bu ilin yayında İrəvanda olub. Sərdar Kılıç bu dəfə erməni həmkarı ilə görüşməyə Əlican qapısından keçərək gedib. Görüşdən sonra Ruben Rubinyan yaxın vaxtlarda yeni görüşün baş tutacağını desə də, bunun harada və hansı şərtlərlə keçiriləcəyi barədə açıqlama verməyib: “Gündəliyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin bütün gündəliyi daxil olacaq, indiyədək atılan və növbəti addımlar müzakirə olunacaq”.

Oxucuların nəzərinə çatdıraq ki, Ermənistanla Türkiyə arasındakı sərhəd 311 kilometr uzunluğundadır. Şimalda Gürcüstanla, cənubda Azərbaycanla (Naxçıvan Muxtar Respublikası ərazisində) kəsişir. 1993-cü ildə Türkiyə Ermənistanla quru sərhədini birtərəfli qaydada bağlayıb. Münasibətlərin normallaşması prosesi 2022-ci ilin əvvəlindən başlayıb. Rəsmi Ankara bildirir ki, Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesləri bir-biri ilə bağlıdır və sülh danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə sərhəd açılacaq. Ermənistan və Türkiyə nümayəndələri 2022-ci ilin iyulunda Vyanada keçirilən dördüncü görüşdə quru sərhədi mümkün qədər tez, üçüncü ölkə vətəndaşları üçün açmaq barədə razılığa gəliblər. Erməni tərəfi Marqara keçid məntəqəsini yenidən qurmaq üçün təxminən 1 milyard dram xərcləyib, amma razılaşmanın nə vaxt olacağı hələ məlum deyil.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Türkiyə–Azərbaycan–Ermənistan sərhədlərinin açılmasını Avropa və Mərkəzi Asiya arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid edir. O, bu barədə Səmərqənddə keçirilən Aİ–Mərkəzi Asiya 1-ci sammiti zamanı danışıb: “Qara dənizə çatmaq üçün Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə hamar sərhəd vacibdir. Ermənistanın Türkiyə və Azərbaycanla 30 ildir bağlı olan sərhədlərinin açılması oyunun qaydalarını dəyişəcək. Bu, Avropa və Mərkəzi Asiyanı həmişəkindən daha da yaxınlaşdıracaq”.

***

Erməni mediasında gedən diskussiyalarda bəziləri iddia edirlər ki, Azərbaycanla yekun sülh sazişi imzalanana qədər sərhədlərin açılması mümkün deyil. Türkoloq Hakop Çakryan verdiyi müsahibədə Ermənistan–Türkiyə sərhədinin açılması ehtimalı barədə deyib: “Ermənistan–Türkiyə sərhədi, yəqin ki, açılacaq. Son vaxtlar bu barədə çox danışırlar. Sərhədin açılması tamamilə mümkündür, niyə də olmasın? Bəziləri buna qarşı çıxa bilər, amma gec-tez qonşu ölkə ilə sərhəd açılmalıdır. Yaxın qonşular arasında sərhədlərin bağlı qalması qeyri-təbii bir haldır”.

H.Çakryan deyir ki, keçən il Ermənistan–Türkiyə quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması üçün işlərin görüldüyü elan edildi, amma bu, Ermənistanla sərhədin açılması demək deyil. Bunun, ilk növbədə, Türkiyəyə, ikinci növbədə isə Azərbaycana fayda verəcəyi etiraf edilməlidir: “Yəni, Türkiyə Ermənistan ərazisindən ən qısa yolla Azərbaycana çatacaq, oradan da Mərkəzi Asiyaya, türkdilli respublikalara nüfuz edəcək. Bu, uzunmüddətli plandır və sərhəd açılarsa, Türkiyə bu fürsəti əldə edəcək. Başqa sözlə, sərhədlərin açılmasında biz yox, Türkiyə maraqlı olmalıdır, çünki bundan ən çox bu ölkə faydalanacaq”.

Müzakirələrdə bu fikri də səsləndirənlər tapılır ki, qısa müddətdə Türkiyə ilə sərhədin açılması risklidir. Guya, Ermənistan–Türkiyə sərhədinin açılması ciddi təhlükəsizlik məsələlərinə gətirib çıxaracaq. Bu, Türkiyənin Ermənistana daxil olması deməkdir. Bu fikri deputat Mher Abrahamyan səsləndirib. İqtisadiyyat Nazirliyinin iqtisadi araşdırmalar departamentinin rəhbəri Albert Hayrapetyan isə narahatlıqların qarşı tərəfin niyyəti kimi təqdim olunmasını qəbul etmir. O qeyd edir ki, azad ticarət özü resursların daha səmərəli bölüşdürülməsinə kömək edir: “Sərhəd açılan kimi Aİ-nin gömrük ittifaqının üzvü olan Türkiyə ilə azad ticarətimiz olacaq. Ticarət maneələri aradan qalxacaq və rəqabət artacaq”.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi sərhədlərin açılmasının Ermənistanın ÜDM-nin artmasına töhfə verəcək bir neçə proqnoza istinad edib: “Asiya Bankının proqnozlarına görə, sərhədlərin açılacağı təqdirdə Ermənistanda ÜDM artımı 30 faiz, xarici ticarət kəsiri isə 30-50 faiz azalacaq. Dünya Bankının proqnozlarına görə, ixracın artımı ÜDM-in 30-38 faiz artmasına səbəb ola bilər. İxrac potensialının həcmi isə ÜDM-in həcmi 19-20 faiz təşkil edəcək”.

“Türkiyə ilə sərhədin açılması nəticəsində Ermənistan iqtisadiyyatı ümumilikdə faydalanacaq, lakin bəzi sektorlar rəqabət problemləri ilə üzləşə bilər. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci konfransından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

***

Daxili müzakirələr öz yerində, bəzi beynəlxalq qurumlar sərhədlərin açılmasının Ermənistan üçün faydalarını analiz ediblər. Federal İqtisadi İşlər və İqlim Fəaliyyəti Nazirliyi tərəfindən maliyyələşdirilən Almaniya İqtisadi Qrupu (GET) sərhədin açılmasının ikitərəfli ticarətə təsiri ilə bağlı hesabat dərc edib. Hesabatda deyilir ki, Ermənistan–Türkiyə sərhədi illərdir bağlıdır və iki ölkə arasında birbaşa ticarət yoxdur. Lakin dolayı ticarət, əsasən Gürcüstan vasitəsilə davam edib. 2021-ci ildə Ermənistan xammal istisna olmaqla, Türkiyə mənşəli malların idxalına qadağa qoysa da, bu qadağa 2022-ci ildə aradan qaldırılıb. Ermənistan və Türkiyənin ortaq sərhədlərini açıb birbaşa ticarətə icazə verdiyi ssenarinin Ermənistanın Türkiyə ilə ticarətinə təsirini araşdırdıq.

Hazırda Ermənistanın əsas ticarət tərəfdaşları Rusiya, AB və Çindir. Türkiyə ilə ticarət 2021-ci ildə 0,9 faiz təşkil edib ki, bu da xammal istisna olmaqla, Türkiyə mənşəli malların idxalına qoyulan qadağa səbəbindən azalıb. COVID-19 böhranı və qadağadan əvvəl 2017-2019-cu illərdə ticarət təxminən 4 faiz təşkil edib. Ermənistan əsasən Türkiyədən mal idxal edir, ixrac isə demək olar ki, yoxdur. 2021-ci ildəki qadağadan əvvəl əsas idxal malları tekstil, geyim, maşın və avadanlıqlar, yanacaq idi. 2021-ci ildə Türkiyədən idxal 68 faiz azalaraq bütün çeşidə təsir etdi və yanacaq idxalı, demək olar ki, tamamilə dayandı. Ermənistan və Türkiyə arasında ticarətin potensial strukturunun qiymətləndirilməsi iki modelə əsaslanır. Sərhədlər açılarsa Türkiyə məhsullarının Ermənistan ticarətində payının 12 faiz olacağı proqnozlaşdırılır. Halbuki, əslində, bu rəqəm 2021-ci ildə (qismən qadağalar səbəbindən) cəmi 1 faiz, 2019-cu ildə isə 3,6 faiz olub.

Beləliklə, Ermənistanın Türkiyə ilə ticarətinin perspektivi var. Ermənistanın Türkiyəyə potensial ixracı 185 milyon ABŞ dollarıdır. Bu, 2021-ci ildə Ermənistan ixracının 6,7 faizinə bərabər olub. İxracın əsas çeşidinə kənd təsərrüfatı məhsulları, o cümlədən tütün məhsulları (siqaret), şüşə qablar, zərgərlik məmulatları və minerallar, mis filizi daxildir. Türkiyədən Ermənistana potensial ixraclın həcmi 678 milyon ABŞ dolları təşkil edir ki, bu da Ermənistanın 2021-ci ildəki ümumi idxalının 12,8 faizini təşkil edir. Sərhədlərin açılması Ermənistanda kapital mallarının ixracına və idxalına töhfə verəcək ki, bu da əsasən Ermənistanın iqtisadi maraqları ilə üst-üstə düşür.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri