Türkiyə Futbol Federasiyası 151 hakimi işindən uzaqlaşdırıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Türkiyə Futbol Federasiyası (TFF) adı mərc oyunlarında hallanan hakimlər haqqında qərarını açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, 151 hakim öz işindən uzaqlaşdırılıb. Onların bəziləri 8, bəziləri 10, bəziləri isə 12 ay müddətinə diskvalifikasiya edilib.
Yüksək kateqoriyalı hakim Zorbay Küçük ilə bağlı istintaq isə davam edir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırıldığını açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 31 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















