Türkiyə Futbol Federasiyası bu futbolçudan UEFAya şikayət etdi
Icma.az bildirir, Qol.az portalına istinadən.
Türkiyə Futbol Federasiyası (TFF) "Makkabi"nin (Tel-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.
QOL.az xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun "Beşiktaş"a qarşı keçirilən oyununda qol vurub və bundan sonra "əsgər salamı" verib.
TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib.
Xatıtladaq ki, "Beşiktaş"la matçda "Makkabi" 3:1 hesabı ilə qələbə qazanıb. Əvvəlcədən İstanbulda keçirilməsi nəzərdə tutulan qarşılaşma sonradan təhlükəsizlik səbəbindən neytral meydanda - Macarıstanda oynanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















