Icma.az
close
up
RU
Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyənin Gənclər fondları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti Azərbaycana səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsini ziyarət ediblər.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatları ilə Türkiyə nümayəndə heyəti arasında Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş təşkil edilib. Görüş zamanı gələcəkdə təhsil, könüllülük, startap və innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin gəncləri arasında həmrəyliyi daha da gücləndirəcək, yeni ortaq təşəbbüslərə zəmin yaradacaq. Həmçinin, Mərkəz tərəfindən gənclər təşkilatları və gənclər üçün yaradılan imkanlar barədə qonaqlara ətraflı məlumat verilib.

Səfər proqramının gedişatında Azərbaycan Könüllü Təşkilatları İttifaqının ofisində olan Türkiyə nümayəndə heyəti ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı və onun davamlı inkişafı üçün həyata keçirilən yeni təşəbbüslər barədə ətraflı məlumat əldə edib. Həmçinin könüllülərin özləri ilə birbaşa görüşərək könüllülüyə günü-gündən artan marağı bilavasitə onların dillərindən dinləyiblər.

Bununla yanaşı, qonaqlar Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.

Bu səfər iki ölkənin gəncləri arasında münasibətlərin dərinləşməsi və gənclərin inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri