Icma.az
close
up
RU
Özbəkistanın Sosial Tibbi Sığorta Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Özbəkistanın Sosial Tibbi Sığorta Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Özbəkistan Respublikasının Sosial Tibbi Sığorta Fondunun (Fond) İcraçı direktorunun birinci müavini Şuxrat İnoyatovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova ilə görüşüb.

Agentliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında ötən il imzalanan Anlaşma Memorandumunda 2025-2028-ci illər üçün nəzərdə tuttulan Fəaliyyət Planının prioritet istiqamətlərinin müzakirəsi və icbari tibbi sığorta sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsidir.  

Qonaqları Azərbaycanda qəbul etməkdən məmnun olduğunu bildirən Nigar Bayramova qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasındakı möhkəm tərəfdaşlıq səhiyyə və tibbi sığorta sahələrini də əhatə edir: “Ölkələrimiz arasında münasibətlərin dərinləşməsi qarşılıqlı etimadın möhkəmləndirilməsinə və strateji tərəfdaşlığın icrasına xidmət edir. Hər iki ölkə rəhbərinin birgə səyləri və əməkdaşlığa verdikləri önəm münasibətlərin inkişafında əsas rol oynayır. Atılan addımlar xalqlarımız arasında mədəni və mənəvi əlaqələrin, Azərbaycanla Özbəkistan arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın qurulmasına şərait yaradır. Bu əməkdaşlıq səhiyyə sahəsində də əhəmiyyətli irəliləyişlərə yol açır. Ötən il, Agentlik və Fond arasında imzalanan Memorandum bizə bir çox istiqamətlərdə əməkdaşlıq imkanı yaradır. Ən vacib sahələrdən biri tibbi sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir. Azərbaycan bu sahədə son illərdə mühüm təcrübə toplayıb və bu təcrübənin bölüşülməsi faydalı olacaq”.

Şuxrat İnoyatovun sözlərinə görə Azərbaycanın icbari tibbi sığorta sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq Özbəkistanda icbari tibbi sığorta sisteminin qurulmasında mühüm rol oynayır: “Əldə edilən uğurlar bütün ölkə üzrə əhatəlilik, əhalinin neyrocərrahiyyə, kardiocərrahiyyə və digər yüksək texnologiyalı tibbi xidmətlərə çıxışı, eləcə də səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bizim üçün olduqca dəyərlidir. Bu təcrübəni böyük maraqla öyrənirik. İmzalanan memorandum isə ölkələrimiz arasında davamlı və sistemli əməkdaşlığın əsasını qoyur, qarşılıqlı bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır”.

İki gün davam edən görüşlər çərçivəsində Agentliyin səlahiyyətli nümayəndələri müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tibbi yardımın maya dəyərinin hesablanması, çağrı mərkəzi xidmətinin təşkili, strateji inkişaf və iqtisadi təhlil, informasiya texnologiyaları, tibbi xidmətlər və dərman vasitələri, maliyyə idarəçiliyi, tibbi planlama, insan resurslarının idarə olunması və inkişafı, eləcə də marketinq, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq kimi sahələr əhatə olunub.

Agentlik və Fond arasında imzalanmış Anlaşma Memorandumunun Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Xatırladaq ki, Agentlik və Fond arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində 2024-cü ildə Anlaşma Memorandumu imzalanıb və 2025-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq olunub.

Memorandumun məqsədi icbari tibbi sığorta ilə bağlı əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparmaq və tərəflər arasında əlaqələri möhkəmləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see220

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see180

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see138

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see134

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see130

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri