Icma.az
close
up
RU
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? Kritik gəlişmə

Türkiyə generalları Bakıda nəyi müzakirə edir? Kritik gəlişmə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, mayın 13-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş və milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə də görüş keçirilib, mühüm məsələlər müzakirə edilib. Sözügedən vəziyyət yerli və xarici mediada xüsusilə böyük maraq doğurub.

Bu görüşlərin səbəbi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, Türkiyədən Azərbaycana baş tutan yüksək səviyyəli səfərlər təsadüfi deyil və regional geosiyasi proseslər fonunda strateji əhəmiyyət daşıyır:

“Hazırda regionda və dünyada kifayət qədər gərginlik və qarşıdurmalar müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi, Pakistan-Hindistan arasında davam edən gərginlik və digər potensial münaqişələr Türkiyənin Azərbaycanla bağlı həssasiyyətini artırır. Bundan əlavə, Azərbaycanın İran və Rusiya ilə müəyyən qədər normal münasibətləri mövcuddur. Lakin bu münasibətlərdə bəzi gizli ziddiyyətlərin olduğu da ehtimal edilir. Türkiyənin müdafiə nazirinin və Təhlükəsizlik Şurasının baş katibinin Azərbaycana səfəri bu baxımdan qiymətləndirilməlidir. Türkiyə hər zaman Azərbaycanın təhlükəsizlik maraqlarına risk yaradan hallara qarşı həssas və diqqətlidir”.

Əli Mustafayev

Siyasi şərhçinin fikrincə, hazırkı şəraitdə Türkiyənin bu cür addımlar atması zəruridir:

“Son zamanlar Rusiyanın Azərbaycana qarşı müəyyən fəallıq nümayiş etdirdiyi görünür. 9 May Qələbə Paradında Azərbaycanın nümayəndə heyətinin tutduğu mövqe də ehtiyat tədbirlərinin zəruriliyini göstərir. Müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələrin aparılması tamamilə realdır. Türkiyə Azərbaycanın etibarlı və strateji müttəfiqidir və bu münasibətlər daim inkişaf edir”.

Globalinfo xatırladır ki, Türkiyə rəsmilərinin, xüsusilə də hərbi sahəyə rəhbərlik edən şəxslərin Bakıya intensiv səfərləri ölkə ictimaiyyətində xüsusi maraqla qarşılanır. 2020-ci ilin yayında iki qardaş ölkənin hərbçilərinin birgə təlimlərindən sonra başlayan proseslər Azərbaycan cəmiyyətində məmnunluq, özgüvən və qürur hiss yaratmışdı. Hazırkı geopolitik şərtlərdə Türkiyə hərbi və təhlükəsizlik strukturuna rəhbərlik edən yüksək vəzifəli şəxslərin səfərləri də ölkə insanında oxşar duyğuları təkrar canlandırır. Rusiyadan ölkəmizə qarşı artan siyasi aqressiv ton, Ermənistanın silahlandırılması, Zəngəzur istiqamətindəki proseslər fonunda bu səfərlərin böyük anlam və məqsəd daşıdığı haqda qənaətlər formalaşır…

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:610
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri