Icma.az
close
up
RU
Cəlalovdan şok: Türkiyə hərbçilərini göndərir Rusiya üçün kritik gəlişmə

Cəlalovdan şok: Türkiyə hərbçilərini göndərir Rusiya üçün kritik gəlişmə

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyənin bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini açıqlayıb. Diplomat əlavə edib ki, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatları kompleksində iştirak məsələsi ölkənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə olunub.

N.Cəlalovun bu açıqlaması kifayət qədər diqqət çəkir. Türkiyənin regional və beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunu hər kəsə bəllidir. Prezident Rəcəb Tayyib Ərdoğanın son vaxtlar həm Rusiya, həm Ukrayna, həm də Fransa kimi Avropanın əsas oyunçuları ilə intensiv təmasda olması isə bu məsələni təkcə Ukrayna–Türkiyə münasibətləri çərçivəsində deyil, daha geniş beynəlxalq siyasi kontekstdə qiymətləndirməyə imkan verir.

Əslində, belə bir addım Türkiyə üçün tamamilə məntiqli və zaman baxımından uyğun görünür. ABŞ və Rusiya arasında davam edən danışıqlarda təhlükəsizlik məsələsi açar rola malikdir. Rusiya konkret şəkildə Qərbdən, xüsusilə də ABŞ-dan Ukrayna ərazisində NATO və ya Qərb hərbçilərinin yerləşdirilməyəcəyinə dair təminat istəyir. ABŞ isə bu məsələdə birbaşa geri addım atmadan alternativ həll yolları üzərində düşünür. Məhz bu alternativlərdən biri kimi Türkiyənin hərbi kontingent formatında prosesə daxil olması mümkündür. Çünki Ankara Qərblə strateji ittifaqda olan, eyni zamanda Moskva ilə birbaşa konfrontasiyaya getməyən nadir ölkələrdən biridir. Türkiyəsayağı balans siyasəti ona faktiki olaraq öz təsir dairəsini genişləndirmək imkanı verir.

Türkiyə bu gün sadəcə NATO-nun ikinci ən böyük ordusuna malik ölkə deyil. O, real döyüş və əməliyyat təcrübəsinə sahib, hərbi və diplomatik sahələrdə çevik strategiyalar qura bilən bir gücə çevrilib. Türkiyənin xarici ölkələrdəki hərbi varlığı, o cümlədən sülhməramlı missiyaları bu günə qədər uğurlu nəticələrlə yadda qalıb. Məsələn, Qarabağda Rusiya ilə birgə fəaliyyət göstərdiyi Birgə Monitorinq Mərkəzi regional təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Hətta Bakının sonrakı mərhələdə ərazi bütövlüyünü tam bərpa etməsində Ankaranın rolu əvəzsiz oldu. Suriya və Liviyadakı uğurlu hərbi əməliyyatlar və sonrasında Ankaranın yaratdığı təhlükəsizlik mühiti də bu baxımdan qeyd olunmalıdır.

Həmçinin oxuyun:

89 illik saziş pozula bilər – Türkiyə razılaşsa, böyük toqquşma olacaq

Türkiyə xüsusilə Liviyada BMT-nin tanıdığı hökumətə dəstək verərək, Qərbin maraqları ilə kəsişən, eyni zamanda öz təsir zonalarını genişləndirən bir xətt izlədi. Bütün bu təcrübələr Türkiyənin Ukrayna məsələsində də real oyunçu kimi qəbul olunmasına şərait yaradır.

Moskva bu kimi addımları, şübhəsiz ki, öz təsir dairəsinə müdaxilə kimi qiymətləndirəcək. Lakin bu reaksiya Ankaranı çəkindirmək əvəzinə, vasitəçi və tənzimləyici rolunu daha da önə çıxaracaq. Çünki Türkiyə artıq neçə illərdir ki, həm Rusiya ilə qarşı-qarşıya gəlmədən münasibət qurmağı, həm də Qərblə eyni dəyərlər sistemində işləməyi bacaran nadir dövlətlərdən biridir.

Bu siyasi və hərbi baxışla yanaşı, məsələnin daha dərin, tarixi və simvolik tərəfi də mövcuddur. Vaxtilə Vyana qapılarında dayanan türk ordusu bu gün yenidən Avropaya doğru hərəkət edir, amma bu dəfə məqsəd fərqlidir. İndi niyyət genişlənmək deyil, sabitlik yaratmaq, müharibəni nəzarətdə saxlamaq, riskləri minimuma endirməkdir. Avropa da bu fərqi anlayır və qəbul edir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri