Türkiyə Hacıbəylini niyə təhvil vermir? Şübhəli məqamlar
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyədə saxılan Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin hələ də Azərbaycana təhvil verilməməsi şübhəli suallar yaradır: Azərbaycanda dövlət çevrilişinə cəhd planında yer alan bir şəxsi Türkiyə himayə edir? Hacıbəyli Türkiyənin proteksiyası altındadırsa, bu, kim(lərin) marağındadır?
Gültəkin Hacıbəyli Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbs olunmuş Ramiz Mehdiyevin çevriliş planında yer alan əsas şəxslərdən biridir. Keçmiş PA rəhbərinin çevriliş planı haqda Rusiyaya ünvanladığı məktub hər şeyi deşifrə etdi. Məlum oldu ki, Ramiz Mehdiyev Rusiyaya Azərbaycanda konstitusion hakimiyyəti dəyişmək və idarəçiliyi ələ keçirmək məqsədilə 50 nəfərdən ibarət “Dövlət Şurası” yaratmağı təklif edib. 50 nəfərlik “komandada” yer alan siyasi müxalifət nümayəndələrindən ikisinin – AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəylinin adı açıqlanıb.
Evində aparılan axtarış zamanı Ramiz Mehdiyevə məxsus məktubun tapılmasından sonra Əli Kərimli istintaqa cəlb olundu. İstintaqa ifadə verən AXCP üzvləri də onun Ramiz Mehdiyevlə əməkdaşlığını təsdiq ediblər. Çevriliş planında yer alan Gültəkin Hacıbəyli isə istintaqdan boyun qaçırmaq məqsədilə tələsik şəkildə Türkiyəyə sığındı. 30 noyabr 2025-ci il tarixində Türkiyədə saxlanılan G.Hacıbəylinin Azərbaycana təhvil veriləcəyi gözlənilidi. Hətta bununla bağlı məlumatlar da yayılmışdı. Lakin saxılanılmasından iki aya yaxın müddət keçməsinə baxmayaraq, Hacıbəylinin Azərbaycana hələ də təhvil verilməməsi müəyyən şübhələrə yol açıb. Faktiki olaraq, Türkiyə Hacıbəylinin təhvil verilməsi istiqamətində addım atmaqdan yayınır. Sual yaranır:
- Türkiyə tərəfi Gültəkin Hacıbəylini təhvil verməyəcəkdisə, niyə həbs edildi?
- Məqsəd Azərbaycana deportasiya etmək olubsa, niyə iki aya yaxındır proses həyata keçirilmir?
- Bəlkə Türkiyə tərəfi Hacıbəylini “həbs” etməklə qoruma altına alıb?
Cavabsız qalan bu suallar G.Hacıbəylinin Türkiyənin proteksiyası altında olduğu təəssüratını yaradır və belə görünür ki, kim(lər)sə Azərbaycan qanunlarını pozmuş, anti-konstitusiya fəaliyyəti həyata keçirmiş keçmiş deputatı qorumaqla məşğuldur.
Bakıda suallar yaradan bu vəziyyət Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna, eləcə də Şuşa Bəyannaməsi də daxil olmaqla ikitərəfli müqavilələrə uyğun deyil. Axı Gültəkin Hacıbəyli dövlət çevrilişi planında yer alıb və onun fəaliyyəti birbaşa Azərbaycanın dövlət maraqlarının əleyhinə olub. Türkiyə belə bir şəxsi himayə etməməlidir, Azərbaycanın etmədiyi kimi. Vaxtilə Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ üzvlərinin Azərbaycandakı fəaliyyətinə son qoyuldu və hamısı təhvil verildi. FETÖ-çülər Türkiyədə dövlət çevrilişinə cəhd etdiyi kimi, Gültəkin Hacıbəyli də Azərbaycanda eyni fəaliyyətlərdə iştirak edib. Bu baxımdan, Türkiyənin mövcud yanaşması – Gültəkin Hacıbəylini himayə etməsi anlaşılmazlıq yaradır.
Belə iddialar irəli sürülür ki, Gültəkin Hacıbəyli Türkiyə xüsusi xidmət orqanlarının agenti olduğu üçün birbaşa onların himayəsindədir. Bu da şübhəlidir. Çünki Gültəkin Hacıbəyli Ramiz Mehdiyevə bağlı şəxsdir. Mehdiyevin isə Rusiyaya bağlılığı sirr deyil, bütün karyerası boyunca Şimala xidmət etmiş keçmiş PA rəhbərinin ifşa olunan çevriliş planı bunun sonuncu təsdiqi hesab oluna bilər. Rusiyanın adamı olan Ramiz Mehdiyevə bağlı Gültəkin Hacıbəylinin də eyni yerə - Şimala xidmət etdiyi şübhə doğurmur. Bu halda Gültəkin Hacıbəylini təhvil verməyən Türkiyənin Rusiyanın adamını himayə etdiyi fikri ön plana çıxır.
Bu, necə başa düşülə bilər? Gültəkin Hacıbəylinin himayə edilməsi Azərbaycana qarşı Rusiya-Türkiyə işbirliyidir? Yoxsa, Türkiyə Rusiyanın ismarıcı ilə Gültəkin Hacıbəylini “qanadları altına” alıb?
Açıq və şübhəli suallar çoxdur. Bütün hallarda Türkiyə məsələyə aydınlıq gətirməli, ya Gültəkin Hacıbəylini Azərbaycana təhvil verməli, ya da mövcud anlaşılmazlığı izah etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 19 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















