Icma.az
close
up
RU
Gültəkin Hacıbəylini kim QURBAN VERDİ? KONKRET

Gültəkin Hacıbəylini kim QURBAN VERDİ? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Parlament paraşütü, süni liderlər və unudulmaq istənən yaddaş…

Siyasətdə bəzən qurbanlar olur.
Amma bəzən də qurban hekayəsi düzəldilir.

Uzaq 2000-ci illərin parlament siyahılarına baxanda bir detal xüsusi diqqət çəkir: qadın millət vəkillərinin əksəriyyətinin arxasında az-çox tanınan ictimai fəaliyyət, peşəkar yol, jurnalistika, hüquq, mədəniyyət və ya vətəndaş cəmiyyəti təcrübəsi görünür. Bir istisna ilə.

Gültəkin Hacıbəylinin parlamentə gəlişi siyasi biologiyada “təbii təkamül” deyil, “paraşütlə enmə” kimi izah olunur. Haradan gəldi? Hansı ictimai dalğa onu gətirdi? Hansı seçici onu tələb etdi?

Bu sualların cavabı yoxdur. Və cavab yoxdursa, bu artıq cavabın özüdür.

Sabir demişkən:
“A qare, niyə böylə ağardırsan gözünü?”
Çünki göz ağardılan yerdə çox vaxt keçmiş gizlədilir.

Süni bioqrafiya: siyasi laboratoriyada yetişən kadr

Parlamentə qədər Gültəkin Hacıyeva (sonradan Hacıbəyli) adlı bir ictimai fiqur varmıydı?

Məqalələri? Tribunası? Aksiyası? Cəmiyyətlə canlı dialoqu?

Yox.

Bu, təsadüf deyil. Bu, siyasi kadr istehsalı texnologiyasıdır. Keçid cəmiyyətlərində tez_tez rast gəlinir: hazır, səssiz, idarəolunan fiqur tapılır, cilalanır və “nümayəndə” adı ilə vitrinə qoyulur. Bu tip kadrlar xalqın içindən çıxmır – xalqın üstünə çıxarılır.

Belə fiqurlar sonradan özlərini “xalqın səsi” kimi təqdim edəndə ortaya paradoks çıxır:
Səsi olmayan necə rupor olur?

Unudulan AŞPA çıxışları və seçmə yaddaş

Bu gün Gültəkin Hacıbəylini müdafiə edənlərin ən çox etdiyi şey yaddaşı redaktə etməkdir. Xüsusilə AŞPA dövrünü.

Halbuki o iclaslarda iştirak edən ağbirçək hüquq müdafiəçiləri çox yaxşı xatırlayır: həmin tribunada Gültəkin nə dissident idi, nə də siyasi məhbusların qəti müdafiəçisi. Əksinə, çıxışları sistemlə uzlaşan, problemli mövzuları yumşaldan xəttdə idi.

Bu faktlar niyə indi xatırlanmır?

Çünki qurban hekayəsi yalnız təmiz keçmişlə işləyir. Keçmiş ləkəlidirsə, onu susdurmaq lazımdır.

Qənirə Paşayeva – Nəsib Nəsibli epizodu: unudulmuş hekayə

Bu hekayədə çox vaxt səssiz keçilən bir səhifə də var: Nəsib Nəsibli və mərhum Qənirə Paşayevanın Gürcüstan-Azərbaycan parlamentlərarası qrupundakı fəaliyyəti.

Siyasi kuluarlarda yaxşı bilinir ki, həmin istiqamətdə mövqe tutmaq, görünmək və önə çıxmaq uğrunda aparılan manevrlər təkcə rəqabət deyildi. Bu, himayə ilə yer dəyişmə cəhdi idi. Kiminsə “7 arşın quyunun dibinə sallanması” məhz bu mexanizmlərin nəticəsi idi -və bu cəhdlər xeyir-duasız baş vermirdi.

Bu epizodlar bu gün niyə danışılmır?
Çünki indiki qurban hekayəsi üçün uyğun deyil. Halbuki siyasətdə susdurulan hekayələr bəzən danışılanlardan daha çox şey deyir.

Birdən-birə müxalifət, birdən-birə lider

Sonra nə baş verdi?

Bir gün Gültəkin Əli Kərimlinin yanında mitinqlərdə göründü.
Bir qədər sonra Avropaya “müxalif qadın lider” kimi təqdim olundu.

Bu, ideoloji oyanış deyildi. Bu, ehtiyat planı idi.

Əgər iqtidardan “qadın sima” önə çıxmalı olsaydı, hazır kadr vardı. Siyasətdə buna şahmat dilində “çoxgedişli kombinasiya” deyirlər. Oyunu quranlar fərqli fiqurları eyni lövhədə sınaqdan keçirirlər. Hansı tutsa, o oynayır.

Tarix planları pozanda

Amma siyasətdə bir detal var: tarix bəzən ssenarini pozur.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, İlham Əliyevin xalqını ətrafında birləşdirməsi və Vətənin işğaldan azad edilməsi bütün bu süni konstruksiyaları mənasız etdi. “Xalqdan qopmuş lider layihələri” birdən-birə boşluqda qaldı.

Bu nöqtədə Ramiz Papa məktəbi və onun yetişdirdiyi kadrlar çaşqınlığa düşdü: ard-arda səhv addımlar, emosional bəyanatlar, xarici tribunalara ümid…

Və nəhayət – qurban hekayəsi.

Bir müraciət də buradan: Ərdoğanı rahat buraxın

Bu yerdə bir cümləni açıq demək lazımdır:
Ərdoğanı rahat buraxın.

Sizi bu günə salan nə Ankara, nə də Türkiyə dövlətidir.
Sizi bu günə salan Ramiz Mehdiyev məktəbi və öz siyasi acgözlüyünüzdür.

Hesabı Ankaradan yox, Ramiz Mehdiyevdən soruşun.
Və bir az da özünüzdən.

Bəs axırda kim qurban getdi?

Xalqmı?
Dövlətmi?
Demokratiyamı?
Xeyr.
Qurban gedən özünü xalq zənn edən, amma xalq tərəfindən tanınmayan siyasi konstruksiyadır. Qurban gedən – himayəni mandat, mandatı isə ömürlük legitimlik sayan düşüncə tərzidir.

Siyasət qəddar deyil.
Siyasət yaddaşlıdır.
Və yaddaş selektiv olmayanda, qurban maskası tez düşür.

Sabir demişkən,
gülüş bəzən mərhəmət deyil -hökm formasıdır.

Rəsmiyyə Şərifova
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri