Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ankara, 14 noyabr, AZƏRTAC
Gürcüstanda C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçidən üçünün noyabrın 14-də Ankarada keçirilən dəfn mərasimində Türkiyə rəsmiləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, 20 şəhiddən 17-sinin cənazəsi Türkiyənin müxtəlif vilayətlərində dəfn olunacaq. Pilot Cüneyt Kandemir, hava nəqliyyatının idarə olunması üzrə zabit Ümit İnce və hava nəqliyyatı üzrə mütəxəssis Cem Dolapçı paytaxtdakı qəbiristanlıqlarda dəfn olunublar.
Hərbçilərin cənazə namazı Ankaradakı Ahmet Hamdi Akseki məscidində qılınıb. Tədbirdə yüzlərlə insan, o cümlədən Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və digərləri iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















