Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

Türkiyə ilə koordinasiyalı şəkildə Pakistana dəstəyimizi göstərəcəyik ŞƏRH

Türkiyə ilə koordinasiyalı şəkildə Pakistana dəstəyimizi göstərəcəyik ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq: "Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq. Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər". 

Xatırladaq ki, aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə  silahlılar pulemyotlardan atəş açıb. Hindistan bu hadisəyə görə Pakistanı suçlayıb və İslamabadla onsuz da gərgin olan əlaqələri daha da kəskinləşdirib. Pakistan bu ittihamları qətiyyətlə rədd edib və hadisənin müstəqil beynəlxalq istintaq yolu ilə araşdırılmasına çağırış edib. Fəqət Hindistan bu çağırışlara məhəl qoymadan bölgədə gərginliyi daha da artıran bir sıra addımlar adıb. Pakistanın Baş naziri Şahbaz Şərif BMT-nin baş katibi Antonio Qutterreşlə telefon danışığında Pahalqamda baş vermiş insidentin müstəqil araşdırılmasının vacibliyini vurğulayıb və tələsik nəticələrin münaqişənin eskalasiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O həmçinin bildirib ki, Pakistan Hindistan tərəfindən mümkün təcavüz halında öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə hazırdır. Maraqlı məqam odur ki, hadisədən cəmi 30 dəqiqə sonra Hindistan hakimiyyəti istintaq başa çatmadan Pakistanı hücuma qarışmaqda ittiham edib. Belə tələsik açıqlamalar bu ittihamların obyektivliyi və onların arxasında dayanan mümkün siyasi motivlər barədə ciddi suallar doğurur. Hindistan rəsmiləri hücum edənlərin guya Pakistan mənşəli olduğunu iddia etsələr də, Pakistanın dövlət strukturlarının bu hücumun təşkilində iştirakını təsdiqləyən konkret sübutlar təqdim edilməyib. Ona görə də hesab edilir ki, Pakistana qarşı irəli sürülən tələsik ittihamlar Hindistanın daxili siyasi motivləri ilə bağlı ola bilər. İqtisadi çətinliklər və Baş nazir Narendra Modinin populyarlığının azalması fonunda millətçi ritorikanın gücləndirilməsi daxili problemlərdən diqqəti yayındırmaq vasitəsi kimi istifadə oluna bilər. Tarix göstərir ki, seçkilər ərəfəsində və ya siyasi qeyri-sabitlik dövrlərində Hindistan hakimiyyəti anti-Pakistan ritorikasını artırmağa meyilli olub. Pakistanla münasibətlərin kəskinləşməsi kontekstində Hindistanın ən narahatedici addımlarından biri 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanmış Hind çayı suları haqqında Müqavilənin birtərəfli qaydada dayandırılması oldu. Müxtəlif münaqişələrə baxmayaraq, bu müqavilə iki ölkə arasında münasibətlərin altmış ildən artıq müddətdə sabit elementlərindən biri hesab olunurdu. 

Hindistan və Pakistan arasında artan gərginlik fonunda strateji tərəfdaşlıqlar məsələsi yenidən gündəmə gəlir. Bu kontekstdə Pakistanla Azərbaycanın qardaşlıq münasibətləri - yalnız dini və mədəni yaxınlıqla deyil, həm də ümumi geosiyasi maraqlar, beynəlxalq platformalarda qarşılıqlı dəstək və hərbi-texniki əməkdaşlığın inkişafı ilə seçilən dayanıqlı və çoxşaxəli ittifaq - parlaq nümunə təşkil edir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. O vaxtdan bəri Pakistan Qarabağ məsələsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Xatırladaq ki, Pakistan dünyada Ermənistanı rəsmi olaraq dövlət kimi tanımayan yeganə ölkədir ki, bu da İslamabadın Bakıya olan həmrəyliyinin formal diplomatik çərçivədən kənara çıxdığını göstərir. Pakistan ardıcıl şəkildə Azərbaycanın BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalardakı mövqeyini dəstəkləyir. Azərbaycan müasir və sərfəli silah sistemlərinə çıxış əldə edir, Pakistan isə Cənubi Qafqazda etibarlı tərəfdaş və Xəzər regionuna çıxış imkanına yiyələnir. 


Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl "Sherg.az"a deyib ki, bizim mövqeyimiz qardaş Pakistanın yanındadır. Ekspert bildirib ki, artıq Türkiyə öz mövqeyini göstərdi, Pakistana konkret hərbi yardımlar çatdırıldı:  



"Pakistan heç də zəif potensiala malik deyil. Nəzərə alaq ki, Pakistan və Hindistan arasında əhalinin sayı, demoqrafik vəziyyəti, ordunun sayı eyni deyil. Yəni bu məqamlara görə Hindistan güclü görünə bilər. Amma Pakistan ordusunun hər zaman daha çevik, hazırlıqlı təlimlər keçməsinin şahidi olmuşuq. Həmçinin, burada müttəfiqlik məsələsi Türkiyə və Azərbaycanla kifayətlənmir. Çin və Hindistan arasında da əzəli rəqabət var. Məhz həmin rəqabət fonunda Çinlə Pakistanın yaxın münasibəti formalaşıb. Hindistan da bunu hesablayır. Zamanında Rusiya bəzi məsələlərdə Hindistana köməklik edib. Amma indi Rusiyanın başı qarışıqdır. Rusiyanın özünə yardım lazımdır. ABŞ də Hindistana tərəf olaraq müharibənin başlanmasını istəmir. Ağ Ev Hindistana yaxın olsa da, Pakistanla münasibətlər normaldır, kəskin deyil. Fikrimcə, tərəflər arasında müəyyən döyüşlərin, itkilərin olması mümkündür. Xüsusən, daxili auditoriyaya belə məsələlərin gərginləşməsində rol oynayır. Görünür, Hindistanda da daxili auditoriyaya hesablanmış bəzi addımların atılmasının tərəfdarı olanlar var. Onlar sakit dayanmaq istəmirlər. Ancaq qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsini gözləmirəm. Burada Çin, Türkiyə və Pakistanın hərbi gücü faktoru var. Üstəlik, ABŞ də genişmiqyaslı müharibə istəmir". 


İ.İsmayıl vurğulayıb ki, Pakistana dəstəyimizi açıq şəkildə göstərə bilərik: 

"Çünki Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı, müttəfiqliyi var. Dost olduğumuzu bilirlər. Hindistan Ermənistana açıq formada silah tədarükünü həyata keçirir. Biz də dost Pakistana yardım göstərə bilərik. Hindistan, yaxud başqa bir ölkə burada qəbahət görə bilməz. İsrail-Türkiyə münasibətlərində orta mövqe tuturuq və hər iki dövləti bir-biri ilə barışığa çağırırıq. Əlbəttə, Hindistan-Pakistan məsələsində də ilk mövqeyimiz tərəfləri barışığa çağırışdır. Amma vəziyyət dəyişərsə, birmənalı dəstəyimiz Pakistanadır. Bu bizim həm rəsmi, həm də mənəvi borcumuzdur. İmkanımız nəyə çatırsa, Türkiyə ilə koordinasiyalı şəkildə Pakistana dəstəyimizi göstərəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see226

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see209

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see181

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see151

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see138

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see133

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see127

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see116

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see115

İrandan yeni cavab hazırlığı: Tel əvivlilər şəhəri tərk etsin!

17 İyun 2025 01:49see114

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see114

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see114

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

17 İyun 2025 01:58see113

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see113

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see113

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see112

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri