Icma.az
close
up
RU
Hadrutun azad olunması Moskva danışıqlarında necə dönüş yaratdı?

Hadrutun azad olunması Moskva danışıqlarında necə dönüş yaratdı?

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Moskvada danışıqlarda olarkən Hadrutun azad olunması ilə bağlı xəbər çıxdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.

“Artıq danışıqlar gedirdi. Danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı, dedi ki, Prezidentin Azərbaycan xalqına müraciəti olub. Hadrut azad edilib. Təxminən ondan 10-15 dəqiqə sonra erməni nümayəndə heyətində bir təşviş gördük, nəzərəçarpan bir məyusluq hiss olundu. Məlumat onlara da çatmışdı.

Biz bu arqumentdən danışıqlarda istifadə etdik. Mnatsakanyan 5+2 formatından danışanda, dedik ki, bu formul ümumilikdə işləmir, çünki artıq, Cəbrayıl, Hadrud azad olunub.

O özünü arxayın aparmağa çalışırdı, deyirdi, bu hələ heç nə demək deyil, yaxın günlərdə fərqli xəbərlər eşidəcəksiniz”, - nazir qeyd edib.

Onun sözlərinə görə, danışıqlar çox gərgin gedirdi:

“Nəticə etibarilə artıq səhər saatlarına yaxın bir sənəd üzərinə çıxdıq. Bu, Azərbaycanın maraqlarına uyğun sənəd idi. Birincisi, atəşkəs humanitar atəşkəs adlandırıldı. İkincisi, heç bir sülhməramlı, üçüncü tərəfin təmsilçiliyindən söhbət getmirdi.

Lavrov arqument gətirdi ki, bəs buna necə nəzarət etmək olar? Prezident demişdi ki, belə arqumentdən istifadə etsələr, deyərsiniz ki, həmsədr ölkələrin hamısının peyki var, baxsalar, görərlər ki, kim nəyi pozur. Biz o arqumentlərdən istifadə etdik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri