Türkiyə ilə Qətər müdafiə sənayesi üzrə əməkdaşlığı dərinləşdirir
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Administrasiyasının müdafiə sənayesi üzrə şöbənin rəhbəri Haluk Görgün ilə Qətərin Baş nazir müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Suud əl-Sani və onun müşayiətindəki heyət arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsi müzakirə olunub.
"Cebheinfo.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi şöbəsinin açıqlamasında bildirilib.
Açıqlamaya əsasən, görüşdə iki ölkə arasındakı müdafiə sənayesi tərəfdaşlığının inkişaf etdirilməsi, yeni ortaq layihələrin həyata keçirilməsi və texnologiya ilə istehsal qabiliyyətlərinin artırılmasına yönəlik əməkdaşlıq imkanları qiymətləndirilib.
Bildirilib ki, müdafiə sənayesində texnologiya inkişafı, tədqiqat-inkişaf və texniki əməkdaşlığın gücləndirilməsini hədəfləyən memorandumun tərəf ölkələrin mövcud qabiliyyətlərini irəli aparması, yeni ortaq layihələrin həyata keçirilməsinə zəmin hazırlaması nəzərdə tutulub.
Bu çərçivədə Türkiyə ilə Qətər arasında aparılan ikitərəfli təmasların, çoxtərəfli əməkdaşlıq iradəsinin konkret layihələrə çevrilməsinə və iki ölkə arasındakı müdafiə sənayesi tərəfdaşlığının daha yüksək səviyyəyə daşınmasına töhfə verməsi, hərbi istehsal, müdafiə sənayesi, hərbi texnologiyalar, təlim və elmi-tədqiqat sahələrində strateji əməkdaşlığın genişləndirilməsi planlaşdırılıb.
Məlumata görə, bu ziyarət Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanan Bədir Müdafiə Sənayesi Anlaşma Memorandumunun ardından həyata keçirilib. Bu memorandum 2026-cı il oktyabrın 21-də Qətərin paytaxtı Dohada imzalanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 Noyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















