Türkiyə ilin sonuna qədər 251 min evi zəlzələ qurbanlarına çatdırmağı hədəfləyir
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə hakimiyyət orqanları 2023-cü il fevralın 6-da dağıdıcı zəlzələlərin baş verdiyi respublikanın cənub-şərqində 251 mindən çox evin tikintisini bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TRT Haber" məlumat yayıb.
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum, bölgənin yenidən qurulması çərçivəsində inşa edilən mənzil və infrastruktur obyektlərinin ümumi sayının 453 minə yaxınlaşdığını bildirib.
Episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər, ardından minlərlə təkanlar Türkiyənin 11 vilayətində hiss olunub. Zəlzələ nəticəsində təxminən 34 min bina dağılıb, 200 mindən çox bina isə zərər görüb. Təbii fəlakət nəticəsində 53,5 min nəfər ölüb, 107 mindən çox insan xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















