Türkiyə “İncirlik” aviabazasına təhdidlə bağlı xəbərləri təkzib edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 27 mart, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Adana əyalətinin cənubundakı “İncirlik” aviabazasına təhdid barədə məlumatları təkzib ediblər.
AZƏRTAC xəbər verir ki, nazirlik “hava bazası ərazisində heç bir hücum və ya digər mənfi vəziyyətin qeydə alınmadığını” qeyd edib.
“Ehtimal olunur ki, söhbət hava həyacanı sirenlərinin yanlış siqnal verməsindən gedir”, - deyə Ankara sosial mediada müvafiq paylaşımlara münasibət bildirərək qeyd edib.
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yeni “Patriot” hava hücumundan müdafiə raket sisteminin yerləşdirildiyini açıqlamışdı.
Cənubi Türkiyəyə çatdırılan hava hücumundan müdafiə sistemi, mövcud İspaniya “Patriot” sisteminə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən təmin edilib.
Ankara, İranın ballistik raketlərinin Türkiyənin cənubu üzərində vurulmasını xatırladıb ki, bu da “hava və raket hücumundan müdafiə tədbirlərinin gücləndirilməsini tələb edir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















