Icma.az
close
up
RU
Türkiyə İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? KONKRET

Türkiyə İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Haber Global”a verdiyi açıqlama son illərdə Türkiyə cəmiyyətinin müəyyən kəsimlərində aparılan anti-Azərbaycan təbliğatına tutarlı cavab idi.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, məlum olduğu kimi, son illər bəzi Türkiyə media subyektlərində ardıcıl şəkildə “Azərbaycan İsrailə neft və qaz satır”, “İsrail Azərbaycan nefti ilə fələstinli uşaqları öldürür”, “Azərbaycana boykot” kimi çağırışlar səsləndirilir, hətta Azərbaycan dövlətinin başçısına qarşı neqativ çıxışlar edilir.

Təlimat alan dairələr

Aydındır ki, bunu edən dairələr “Bir millət, iki dövlət” prinsipinə xələl gətirməyə çalışan, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq istəyən və müəyyən mərkəzlərdən təlimat alan, Türkiyənin daxilində yerləşdirilmiş destruktiv qüvvələrdir. Lakin onların anlamadığı bir həqiqət var: Türkiyə–Azərbaycan münasibətləri düşündükləri qədər kövrək deyil. Eyni zamanda, Azərbaycan da kiminsə təsiri altında hərəkət edən “çadır dövləti” deyil.

Bəzi dairələr, eləcə də həmin çevrələrə xidmət edən ünsürlər unudurlar ki, Azərbaycanın kifayət qədər güclü diplomatiyası və peşəkar diplomatik korpusu var. Hikmət Hacıyev də məhz peşəkarlığı ilə seçilən dövlət rəsmilərindəndir.

Bakı üçün “qırmızı xətt”

Prezidentin köməkçisi müsahibəsində qeyd edib ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib. Çünki qardaş Türkiyənin maraqları hər zaman Azərbaycan üçün prioritet və “qırmızı xətt” olub.

Bu məqam xüsusi diqqət tələb edir. Məsələ ondadır ki, bu gün Türkiyə–Azərbaycan və İsrail–Azərbaycan münasibətləri Türkiyə ictimaiyyətinin müəyyən hissəsinə məqsədyönlü şəkildə yanlış təqdim olunur.

İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Yəni iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mövcuddur. Türkiyə isə Azərbaycanın müttəfiqi, qardaş dövlətidir. İki ölkə arasında münasibətlər təkcə milli maraqlara deyil, həm də ortaq tarixə, mənəvi dəyərlərə, dilə, mədəniyyətə və qardaşlığa söykənir.

Türkiyə-İsrail müharibəsi başlasa…

Azərbaycanın bundan sonra İsrail kimi çoxsaylı strateji tərəfdaşları ola bilər. Necə ki, Rusiya, Çin və ABŞ ilə də strateji tərəfdaşlıq sənədləri imzalanıb. Lakin Bakı bu günə qədər Türkiyə istisna olmaqla heç bir ölkəyə “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yanaşmayıb. Hətta demək olar ki, bu yanaşma digər türk dövlətlərinə münasibətdə də bu qədər qabarıq şəkildə tətbiq edilmir.

Türkiyə mediasında tez-tez tirajlanan iddialardan biri də budur ki, guya Türkiyə ilə İsrail arasında hərbi qarşıdurma baş verərsə, Azərbaycan İsraili seçəcək. Halbuki bunun belə olacağını düşünmək üçün heç bir əsas yoxdur. Xatırlayaq ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması məsələsi Azərbaycanı ciddi şəkildə narahat edib və cənab Prezidentin tapşırığı ilə rəsmi Bakı intensiv diplomatik fəaliyyətə başlayıb. İsrail tərəfi də Azərbaycanın mesajlarını ciddi qəbul etdi. Bu isə onu göstərir ki, Bakının Təl-Əvivlə qurduğu münasibətlər o qədər əhəmiyyətlidir ki, İsrail Azərbaycanın mövqeyinə laqeyd yanaşmadı.

Hikmət Hacıyev müsahibəsində daha bir mühüm mesajı verdi:

“Türkiyənin olmadığı masada Azərbaycan var, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı atılan hər bir addıma qətiyyətlə cavab veririk və bundan sonra da verəcəyik”.

Bu sözlər təsadüfi deyil. Azərbaycan bu gün Türkiyənin istəyi ilə Suriyada bərpa və quruculuq prosesində, o cümlədən enerji layihələrində iştirak edir. Bakı Ankaranın maraqları naminə müxtəlif beynəlxalq platformalarda dəfələrlə Türkiyəyə açıq dəstək verib. Əlbəttə, bu, müttəfiqliyin yaratdığı öhdəlik və mənəvi borcdur.

Lakin Ankara da belə məsələlərdə daha diqqətli olmalı, Azərbaycanı hədəfə alan və iki ölkə arasındakı qardaşlığa zərbə vurmağa çalışan qüvvələrə qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməlidir.

Fələstin, Qəzza və Qüds məsələləri, şübhəsiz ki, Ankara qədər Bakını da yaxından düşündürür. Amma heç bir regional və ya beynəlxalq siyasi proses Azərbaycan üçün Türkiyədən daha mühüm deyil. Bakının gözləntisi də məhz budur.

Hesab edirəm ki, Hikmət Hacıyevin müsahibədə vermək istədiyi əsas mesajlardan biri də məhz bu idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri