Icma.az
close
up
RU
Türkiyə İsrail müharibəsi başlasa, nələr olacaq? KONKRET

Türkiyə İsrail müharibəsi başlasa, nələr olacaq? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“14 avqustda Suriya xarici işlər naziri və İsrailin MOSSAD kəşfiyyat xidmətinin rəhbəri telefon danışığı aparıb. Bu zaman Türkiyənin Suriyadakı mövcudluğu müzakirə edilib və Əbu Zuhur bazası da gündəmə gətirilib. Bu danışıqdan dörd gün sonra Əbu Zuhur bombalandı. ABŞ və Suriyaya məlumat verilib. Başqa sözlə, onlar Suriyanı da bombalayacaqlarını deyiblər. Amma nə Suriya, nə də Amerika Türkiyəyə bu barədə məlumat vermədi. Niyə Amerika səfiri Tom Barak heç nə demədi?”

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

“Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki, Türkiyə burada özünü möhkəmləndirmək niyyətində idi və biz bunu Suriya ilə təhlükəsizlik sahəsində qurduğumuz status-kvonun pozulması hesab edirik. Biz buna icazə verməyəcəyik, deyir. Sual oluna bilər, siz kimsiniz ki, buna icazə verməyəcəyinizi deyirsiniz?”

C.Yaycı bildirib ki, Türkiyə-İsrail münasibətləri baxımından gərginliyin azaldılması mexanizmi də mövcud idi:

“Və ilk dəfə olaraq iki ölkə bu qədər isti bir şəkildə yaxınlaşdılar. Əgər Türkiyə burada mövcudluğunu qoruya bilməsə, onun təhlükəsizliyi həqiqətən təhlükə altında olacaq. Lakin burada mövcudluğunu qoruyub saxlasa, İsraillə münaqişəyə girəcək. Kritik bir vəziyyət yaranıb.

Cənubi və cənub-şərqi Suriya hazırda İsrailin nəzarəti altındadır. Onlar Suriyanın inkişaf etməsini, yenidən qurulmasını, gücləndirilməsini və ya güclü silahlı qüvvələrə sahib olmasını qətiyyən istəmirlər. Bunu açıq şəkildə deyirlər. Uzağı əli tüfəngli ordusu ola bilər. Ağır silahlara sahib olan PKK-YPG-dir. S-400-lərin mümkün qədər tez çıxarılmalı olduğu barədə açıqlama çox önəmlidir. Əgər S-400-lər burada olsaydı, İsrail bu qədər yaxınlaşa bilərdimi?”

Ekspert, həmçinin, İsraildə dərc olunmuş bir məqaləyə diqqət çəkib:

“Bu məqalədə Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğunun NATO-nun 5-ci maddəsi çərçivəsindən kənara çıxdığı deyilir. Onlar iddia edirlər ki, 5-ci maddə milli sərhədlərə şamil edilir və Türkiyənin Şimali Kiprdəki hərbi mövcudluğu Əbu Zuhurdakı mövcudluğuna bənzədilir. Bunun onlar üçün təhlükəsizlik məsələsi olduğunu deyirlər. Bu məqalə çox tənqidi xarakter daşıyır və müəlliflər sıradan insanlar deyil. İsraildə Türkiyə ilə qarşıdurmaya girməməli olduqlarını deyən keçmiş siyasətçilər və hərbçilər də var, lakin onlar təsiretmə imkanına malik deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri