Türkiyə İsraili COP31 liderlər sammitinə dəvət etməyib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində təşkil olunacaq liderlər sammitinə İsrail hökumətini dəvət etməyib.
Türkiyə mediasının məlumatına görə, bunu COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
“Tədbirin təşkili çərçivəsində liderlərə dəvətləri ev sahibi ölkə, yəni Türkiyə göndərir. Biz İsrail hökumətini liderlər sammitinə dəvət etməmişik”, – nazir deyib.
Bununla yanaşı, Kurum vurğulayıb ki, hər bir ölkənin BMT himayəsi altında keçirilən danışıqlarda iştirak etmək, öz mövqeyini və layihələrini təqdim etmək hüququ var.
“Buna görə də BMT tərəfindən təşkil olunan tədbirlərə dünyanın bütün ölkələri dəvət edilir. Lakin ev sahibi ölkə olaraq biz İsraili liderlər sammitinə dəvət etməmişik”, – o qeyd edib.
Nazir əlavə edib ki, beynəlxalq iqlim konfransının Türkiyədə keçirilməsi Ankaranın İsrailə münasibətini dəyişməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Noyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















