Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ermənistan liderindən NÖVBƏTİ SAYIQLAMA TƏHLİL

Ermənistan liderindən NÖVBƏTİ SAYIQLAMA TƏHLİL

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ermənistanın əsas probleminin nədən ibarət olduğunu düşünən haylar belə hesab edirlər ki, ağzından çıxan bütün cəfəngiyyatlara guya sadəlövhlüklə inanan birini baş nazir kürsüsünə daşımaqla böyük səhvə yol vermiş olublar. Ona görə də məhz “taledən” gileylənən hər bir erməni etiraf edir ki, baş verənlərdə onların hər biri günahkardır. Hər dəfə öz ölkə rəhbərlərinin sayıqlamalarına görə “xəcalət” çəkməli olan hayların onun növbəti sayıqlamasına görə, belə görünür ki, bu dəfə halları lap xarab olub...

“Çolaq atın kor da nalbəndi olar” zərb məsəli bu arada tam yerinə düşür

Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsinin İctimai Televiziya Şirkətinə verdiyi müsahibəsi bütövlükdə erməni cəmiyyəti üçün bir eyham və eyni zamanda, Ermənistan üçün bir “diaqnoz” sayılır. Elə buna görə də onun müsahibəsi məhz erməni cəmiyyətində böyük qıcıq doğurub. İndi haylar arasında bir çoxları öz seçimlərinə görə peşimançılıqlarını gizlədə bilmirlər və erməni baş nazirin hər çıxışından sonra özlərini təhqir olunmuş hesab edirlər və bunu gizlətmirlər də. Çünki bir ölkənin baş naziri hər dəfə öz çıxışında elə absurd yanaşma ortaya qoyur ki, bu, elə məhz daxili auditoriyaya hesablansa belə, erməni xalqını təhqir etmək kimi qəbul edilir.

Hər halda, ölkəsinin çox acınacaqlı bir durumda qalması, iqtisadi baxımdan çökmüş vəziyyətdə olması fonunda baş nazirin məntiqə sığışmayan sayıqlamaları haylar tərəfindən həzm edilə bilməz. Ona görə ki, Paşinyan hər dəfə öz çıxışında, hər bir müsahibəsində tamamilə uyğunsuz şəkildə danışmaqla, təkcə özünü yox, təmsil etdiyi cəmiyyəti belə axmaq vəziyyətdə qoyur. "Çolaq atın kor da nalbəndi olar" zərb məsəli bu arada tam yerinə düşür,çünki işğalçılıqdan, yalandan, böhtandan, eləcə də başqasına mənsub olan dəyərlərə sahib çıxmaq üçün bütün vasitələrdən əl çəkə bilməyən bir toplumun elə yalançı da lideri olması tamamilə məntiqidir. Elə haylar da başa düşməlidirlər ki,hər bir zəmiyyətin öz xüsusiyyətinə uyğun da rəhbəri olur və sayıqlaması ilə tanınan Paşinyan kimi bir yalançı, avantürist ölkə lideri bütövlükdə Ermənistan adından bir ölkəni təmsil edirsə, vay o ölkənin halına...

Paşinyanın dedikləri bir-birinə bağlı olmayan, həm də bir-birinə zidd olan söz yığınıdır

Hazırda təhlükəsizliklə bağlı problemlərinin olduğu qənaətində olan ermənilər öz ölkələrinin baş naziri olan Nikol Paşinyanın velosiped sürməsi və ya yumurta bişirməsi, eləcə də bununla bağlı sosial şəbəkələrdə videolar yayımlaması ilə əlaqədar ictimai söhbətlərə münasibətini eşidəndə lap başlarını itiriblər. Çünki Paşinyanın dedikləri mahiyyət etibarı ilə qətiyyən haqqında müzakirələr aparılan məsələlərlə üst-üstə düşmür. “Yumurtanı bişirirlər, velosipedi sürürlər. Əslində, biz başa düşməliyik və mən təbii ki, təkcə təhlükə baxımından deyil, həm də daha geniş mənada deyirəm ki, bu gün biz ardıcıl strategiyaya sadiqik və bu, strategiyanın ən mühüm nüanslarından biri odur ki, regionda və regiondan kənarda yeni eskalasiya yaratmaq istəyən qüvvələrin olduğunu biz başa düşürük”, deyərək bu sözləri ilə gah nala, gah da mıxa vuran Paşinyan bütün hayları tamamilə çaş-baş qoyub. Çünki onun dedikləri nəinki bir-birinə bağlı olmayan, həm də bir-birinə zidd olan söz yığınından başqa bir şey deyildi. Yumurta bişirməyi və velosiped sürməyi strategiya, eskalasiya kimi sözlərlə necə eyni məntiqi sıraya qoymaq olar?! Dərhal adamın ağlına strategiya, eskalasiya anlayışı gəlir və xəyalında da bişmiş yumurtanın görüntüsü canlanır. Amma məsələ burasındadır ki, ölkəsini idarə etmək kimi bir məsuliyyəti olan erməni baş nazir bunları ya canlandıra bilməyib, ya da canlandırmaq üçün ağlı kifayət etməyib. İstənilən halda, bunun anormal təzahür olduğu təkzibedilməzdir və elə hayların da qıcıqlanmaları və özlərini təhqir olunmuş hesab etmələri məhz bu baxından başadüşüləndir.

Tamamilə bir-birinə zidd olan mövqeyi ilə Vovayeviçin Ermənistana rəhbərlik etməsi hayları daha da qıcıqlandırır

Nikol öz ölkəsini müharibəyə sürükləyən, nəticədə də uduzan və məğlubiyyətə imza atan, qalib Azərbaycan Prezidenti qarşısında məğlub durumda olan və aciz bir şəkildə dayanan şəxs kimi artıq öz adını Ermənistanın tarixinə yazıb və çətin ki, bir siyasətçi kimi hayların yaddaşında qala. Müharibənin başlaması da onun günahı idi. Məhz o və onun komandası axmaqlıq etməklə, şəxsən Nikol rəhbərlik etdiyi ölkəsinin 30 ilə yaxın müddət ərzində işğalı altında qalan Qarabağı Ermənistan ərazisi hesab etdiyini bəyan etməklə, bununla da danışıqlardan boyun qaçırmaq niyyətində olduğunu ifşa etməklə, müharibəyə zəmin yaratmış oldu. Bunu da ermənilər çox yaxşı bilirlər və ən çox da buna görə ondan acıqlıdırlar. Üstəlik, bu böyda axmaqlıqla sayıqlamasının ardınca müharibədə uduzması, Ermənistanı rəzil duruma salması fonunda bir də çarəsiz vəziyyətdə qalaraq və məcburi şəkildə “Azərbaycanın ərazi bütövlüyünü tanıması” hayları çoxdandır ki, lap özlərindən çıxarıb və görünən odur ki, ermənilə ona qarşı bərk yanıqlıdırlar.

Bütün bu təzadlı, tamamilə bir-birinə zidd olan mövqeyi ilə Vovayeviçin Ermənistana rəhbərlik etməsi hayları bir qədər də qıcıqlandırır. Düzdür, başqa bir liderləri olmadığına görə, ondan əvvəlkilərin daha “gərəksiz” olmasına görə haylar Paşinyanı məhz yenə də “pislər arasında ən yaxşı” hesab edərək hələlik ona dözür və səbr edirlər. Amma Nikol Paşinyan da öz növbəsində bu dözümü və səbri deyəsən, sınağa çəkmək ənənəsini davam etdirməklə, hayların hisləri ilə yaman oynayır və özünə olan nifrəti daha da artırmaqla yanaşı, vəziyyəti də həddindən artıq gərginləşdirir. Başa da düşə bilmir ki, belə sayıqlamaları onu hakimiyyətə gətirən kütləni idarəedilməz vəziyyətə gətirə bilər və bu zaman onun gəldiyi kimi, getməsi də bir anın işi olar. Hətta daha ağır nəticələri belə Nikol Paşinyanın gözü önünə alması, rabitəsiz və məntiqsiz şəkildə sayıqlamaması məsləhətdir…

Yalan danışır və nə səbəbə isə yenə də bəhanələr axtarır

Bu qədər axmaqlıqlarından, müharibəyə səbəb olan sayıqlamalarından, 44 günlük müharibədə guya ermənilərin “irəliləmələri” barədə daxili auditoriyanı aldatmaq üçün əl atdığı yalandan, sonda da rəzil və rüsvayçı məğlub durumda olan ölkəsinin rəhbəri olaraq, təslimiyyət sənədinə imza atmasından, ardınca da işğaldan azad etdiyimiz torpaqları məhz Azərbaycan torpaqları kimi tanımasından, ölkəmizin ərazi bütövlüyünü tanımasından sonra yenə də deyəsən, “dilinə sahib çıxa bilmir” və artıq haylar onun bu tərzi ilə özlərini ələ salınmış hesab edirlər. Bu dəfə də Nikol məhz Azərbaycanın məhkəmə orqanları tərəfindən hüquqi müstəvidə işləri araşdırılan qondarma qurum liderlərini guya qorumaq məqsədi daşıyan bəyanatla çıxış etməklə, hayları həqiqətən də dolayıb və bunu elə erməni cəmiyyəti də belə hesab edir. Erməni cəmiyyəti belə hesab edir ki, ən azından Paşinyan sadəcə olaraq, yalan danışır və nə səbəbə isə yenə də bəhanələr axtarır.

“Bakıdakı məhkəmə prosesi Ermənistan Respublikasına qarşı istifadə olunacaq. Siz demək istəyirsiniz ki, biz onların orada olmasına şadıq? Ermənistan Respublikası əleyhinə onlardan dəlillər və sübutlar almaq üçün orada psixotrop dərmanlardan istifadə edəcəklər", deyən Nikol Paşinyanın bu sayıqlaması məntiqi suallar doğurur. Əvvəla, “edəcəklər” deyərək, gələcək zamanda guya olacaqlar barədə Paşinyan bir dövlət başçısının tərzinə sığışmayan formada çəhz falçı və öncəgörücü kimi danışır və bunun fərqində deyilmi? Digər tərəfdən də, ona elə gəlmirmi ki, “Ermənistan Respublikası əleyhinə onlardan dəlillər və sübutlar almaq üçün”, deməklə, o, həqiqətən də dəlillərin olduğunu təsdiqləyir və bu sözlərlə özünün qorxu kompleksini, qorxu içərisində olduğunu da ifşa etmiş olur? Başa düşə bilmirmi ki, “dəlillər və süburlar almaq” ifadəsi həmin o dəlillərin və sübutların mövcudluğu anlamına gəlir? Bax elə erməni cəmiyyətini qıcıqlandıran məsələlərdən biri də budur. Çünki bir ölkənin baş nazirinin gah falçı və öncəgörücü kimi danışması, gah da qorxu hissi keçirdiyini öz nitqi zamanı ifşa etməsi hayları qıcıqlandırmaya bilməz.

Erməni cəmiyyəti yalanlardan elə bezib ki, bundan sonra onları aldatmaq kimi Nikolun bircə şansı da qətiyyən qalmır

Hər kəs, xüsusən də ən sadə erməni belə bilir ki, reallıq tamam başqadır və reallıq ondan ibarətdir ki, qondarma rejim rəhbərlərinin Azərbaycan paytaxtında məhkəmə qarşısında sorğu-sual ediləcəyi onun nə vaxtsa heç ağlına da gəlməyib. Qarabağın guya Ermənistana aid olduğunu bir zaman sayıqlayan və bununla da müharibənin başlamasına rəvac verən bir erməni baş nazirin məhz bunu da, yəni qondarma qurum rəhbərlərinin Bakıda məhkəmə qarşısında sorğu-sual olunacağını da ağlına gətirə bilməməsi onun səfehliyinin göstəricisidir. Amma bu gün ortada olan mənzərə tamamilə başqadır. Beləki, Paşinyan bu qədər səfehliyi fonunda indi də özünü fərqli aparır və yenə də daxili audutoriyaya hesablanan nitqi ilə diqqəti cəlb edir. Məsələ burasındadır ki, daxili auditoriyaya hesablansa da belə, məhz erməni cəmiyyətinin özündə də böyük bir qəzəblə qarşılanır.

İstənilən halda Paşinyan öz ölkəsinin və xalqının durumuna görə məsuliyyət daşıdığını anlamalıdır. Əgər anlamırsa və hələ də manipulyasiya etmək, daxili auditoriyanı aldatmaq istəyirsə, yenə də yanılır. Çünki əslində, o yalnız özünü aldadır və başa da düşə bilmir ki, erməni cəmiyyəti onun yalanlarından o qədər bezib ki, bundan sonra onları aldatmaq kimi bir şansı da qətiyyən qalmır. İndi haylar özləri də düşünürlər ki, mövcud vəziyyət məhz Paşinyanın xeyrinədir və bunu inkar etməyi belə axmaqlıq sayırlar, dedikləri də sayıqlamadan başqa bir şey deyil. Bilirlər ki, əvvəla, məhz öz hakimyyətini qorumaq məqsədi ilə dəridən-qabıqdan çıxan Paşinyan üçün Vardanyan ciddi bir rəqibdir. Digər tərəfdən də, yaxşı başa düşürlər ki, Ruben Vardanyanın əlində məhz Nikol Paşinyanın səhvləri ilə bağlı, onun əleyhində olan kifayət qədər faktlar, arqumentlər var və bunu istənilən anda onun əleyhinə istifadə edə bilər. Məhz bu baxımdan da Vardanyanın məhz Ermənistanda olmaması, harada olub-olmaması Paşinyana sərf edir və dedikləri yalana bircə dənə də erməni inanan deyil.

Bir avantüristi, hiyləgəri hakimiyyətə gətirdiklərinə görə özlərini qınayanlar indi də onun sayıqlamalarını dinləmək, ona dözmək məcburiyyətindədirlər

Məsələ burasındadır ki, haylar məhz Ermənistanın başında duran adamın dəhşətli absurd çıxışlarını dinləmək məcburiyyətindədirlər. Ona görə dinləmək məcburiyyətindədirlər ki, bir zamanlar küçə və meydanlarda əli sarıqlı, beli çantalı bu küçə nümayişçisinin yalanlarına və vədlərinə inanıb onu baş nazir “görmək” istəyiblər. Elə məhz hayların bu istəkləri üçün bir zamanlar İrəvanın küçə və meydanlarında hiyləgərliklə “çalışan” Nikol indi də hansısa iddiadadır və məhz buna görə də öz nitqi ilə manipulyasiya etmək fikrinə düşüb. Məsələ burasındadır ki, artıq belə bir fikirdə ola bilər, amma buna nail ola bilməz. İndi hayların böyük əksəriyyəti məhz Nikol Paşinyan kimi hakimiyyətdən, rəhbərlikdən, siyasətdən, diplomatiyadan xəbərsiz bir avantüristi, fırıldaqçını, ələlxüsus da hiyləgəri hakimiyyətə gətirdiklərinə görə özlərini qınayırlar. Ona görə özlərini qınayırlar ki, fırıldaqçının, hiyləgərin birini özlərinə rəhbər təyin etməklə, baş verənlərdə özlərini günahkar sayırlar. Haylar açıq şəkildə bildirirlər ki, 2018-ci ildə Nikola və onun komandasının sözlərinə inanmamalı idilər. Amma onu da bilirlər ki, özlərini nə qədər qınasalar da hakimiyyətə gətirdikləri avantüristin sayıqlamalarını dinləmək məcburiyyətində qalıblar.

Bəli, küçə və meydanlarda səsi batana qədər çığıran, bağıran Nikol erməni cəmiyyətini hiyləgərliyi ilə aldada bildi və hakimiyyət kürsüsünü də elə bu hiyləgərliyi sayəsində ələ keçirdi, hansıki aldanmaları səbəbindən buna görə haylar özlərini davamlı şəkildə qınamaqdadırlar. Hiyləgərliyi ilə artıq tanınan birinin bir toplumu hiyləgərcəsinə aldatması, sonra da istədiyi kimi sayıqlamaları həmin avantüristi hakimiyyətə gətirdiyinə görə özlərini qınayanları həqiqətən də artıq boğaza yığıb. Məsələ burasındadır ki, belə sayıqlamaların nə vaxt bitəcəyi, nə zaman bunun sonu olacağı da bəlli deyil və belə görünür ki, haylar hələ çox dözməli olacaqlar. Haylar reallıqları görməkdən boyun qaçırdıqları kimi, ölkələrinin baş naziri də sayıqlamaqdan çətin ki, əl çəkə və həqiqəti dərk etmək istəməyən, Azərbaycanın yaratdığı reallıqları, özlərinin də günahkar olduqlarını qəbul etməkdə çətinlik çəkən erməni cəmiyyətinin özünü qınaması, eləcə də həmin o sayıqlamaları dinləmək məcburiyyətində qalması belə olacağı təqdirdə hələ çox davam edə bilər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri