Türkiyə lirəsi dollar qarşısında antirekordunu yeniləyib
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, fevralın 13-də səhər saatlarında Türkiyə valyutası dollara qarşı 36,1250 TL səviyyəsini test edib. Bakı vaxtı ilə 10:00-da isə bir qədər yüksələrək 36,1155 TL-yə ticarət edilib. Ümumilikdə isə TL dollar qarşısında bu gün 0.04 faiz, son bir həftədə isə 1% dəyər itirib.
Paralel olaraq, TL manat qarşısında da bu il rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 13 fevral məzənnəsinə əsasən 1 TL 0.0471 AZN-ə qədər enib.
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək isə son açıqlamasında bildirib ki, yüksək inflyasiya səbəbindən lirənin nominal olaraq zəifləməsi başa düşüləndir. Lakin real effektiv məzənnə baxımından nəzər salsaq, əslində lirə yaxşı performans göstərən valyutalardan biri oldu, çünki deinflasiya proqramları müəyyən dərəcədə dəyər qazanmağa şərait yaradır və bu hal lirədə də müşahidə olundu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 09 Noyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















