Türkiyə lirəsi dollara qarşı tarixi antirekordu yeniləyib
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə lirəsi ABŞ dollarına qarşı tarixi antirekordu yeniləyib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lirənin məzənnəsi ilk dəfə olaraq 1 dollara qarşı 50 lirəni keçib.
Məlumata görə, həftəyə yüksəlişlə başlayan dollar yeni həftənin ilk ticarət günündə rekord səviyyəyə çatıb.
Lirənin dəyər itirməsinə qlobal iqtisadi vəziyyət təsir göstərib. Belə ki, hazırda valyuta bazarlarında əsas diqqət ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərə yönəlib. Nümayəndələr Palatası və Senatdakı güc bölgüsünü müəyyən edəcək seçki nəticələrinin ABŞ Prezidenti Donald Trampın administrasiyasının yürütdüyü iqtisadi siyasətə və qlobal bazarlara da təsirsiz ötüşməyəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəlki antirekord oktyabrın 26-da qeydə alınmışdı. Həmin vaxt dolların məzənnəsi 49,79 lirəyə yüksəlmişdi.
Baxış sayı:113
Bu xəbər 02 Noyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















