Türkiyə millisinin baş məşqçisi Fransa ilə oyun haqda: Hər kəs yaxşı formadadır
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella UEFA Millətlər Liqasının qrup mərhələsində Fransa ilə oyundan əvvəl 2026-cı il Dünya Kubokundakı məyusedici çıxışından sonra komandanın performansını qiymətləndirib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Türkiyə yığmasının bu gün Fransaya qarşı keçiriləcək görüşdən gözləntilərini bildirib:
"Dünya Kubokundan sonra böyük bir məyusluq yaşadıq. Amma keçmiş uğursuzluqlara və ya uğurlara fikir verə bilmərik. Gördüyüm qədəriylə, hər kəs yaxşı formadadır və özünəinamla bağlı heç bir problem yoxdur. Bizim olduğumuz yerdə rəqabət çox yüksəkdir və bugünkü Fransa ilə oyun da buna sübutdur".
UEFA Millətlər Liqasının A qrup mərhələsində Türkiyə və Fransa arasında oyun bu gün keçiriləcək və matça Bakı vaxtı ilə 22:45-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 25 Sentyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















