Paraqvay millisinin baş məşqçisi Türkiyə üzərində qələbə haqda
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Türkiyə üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssisin deyib:
“Çox emosional oyun idi. Futbolçularımın meydanda əllərindən gələni edəcəklərinə inanırdım. ABŞ-la oyunda vəziyyət fərqli idi, çünki ilk qolu biz buraxmışdıq. Bu dəfə isə hesabı biz açdıq.
Futbolda sabah nə olacağını bilmək mümkün deyil. Bu gün uduzsaydıq, Avstraliyanı çox böyük hesabla məğlub etməli olacaqdıq. Buna görə də Türkiyə ilə matçın nə qədər vacib olduğunu anlayırdıq.
16 illik xəyalın 7 günə başa çatmasını istəmirdik və bunun qarşısını ala bildik. Hər şey bitəndə insan çox kədərlənir, amma futbol belədir. Türkiyəni çox yaxşı təhlil etmişdik. Necə qalib gələ biləcəyimizi bilirdik və qalib gəldik. Türkiyə topa daha çox sahib oldu, daha çox qol epizodu yaratdı. Nəticənin ədalətli olub-olmaması müzakirə oluna bilər. Amma rəqib üstünlüyündən yaxşı istifadə edə bilmədi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 20 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















