Türkiyə Nazirlər Kabineti NATO sammitini, İranı və Ukraynanı müzakirə edəcək
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda iyulun 7–8-də Ankarada baş tutmuş NATO sammitinin yekunlarını, Yaxın Şərqdəki vəziyyəti, İran ətrafındakı münaqişəni və Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə A Haber telekanalı məlumat yayıb.
Ərdoğan NATO sammitinin yekunlarına dair açıqlamasında bildirib ki, Türkiyə Ukraynada sülhün bərqərar olunması üçün bütün kommunikasiya kanallarını açıq saxlayır.
O vurğulayıb ki, ölkəsi Ukrayna münaqişəsinin əvvəlindən etibarən dialoq və diplomatiyanın tərəfdarı olub, Rusiya ilə Ukrayna arasında keçirilən danışıqlara dəfələrlə ev sahibliyi edib və gələcəkdə də bu danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.
2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç raund birbaşa danışıqlar keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 12 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















