Icma.az
close
up
RU
Türkiyə Orta Dəhlizə böyük önəm verir

Türkiyə Orta Dəhlizə böyük önəm verir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 26-da Ankarada gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında ölkəsinin uzun illərdir ki, Bakı–Tbilisi–Ceyhan (BTC) neft və Bakı–Tbilisi–Ərzurum (BTƏ) qaz kəmərləri ilə Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib.

H.Fidan, eyni zamanda, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin reallaşdırıldığını, Gürcüstanın yeni hökuməti ilə münasibətlərin daha da dərinləşdirilməsinin diqqətdə saxlanıldığını vurğulayıb. Diplomat daha sonra Türkiyənin 16 ildir ki, Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, ötən il bu ölkə ilə ticarət dövriyyəsinin 3 milyard dolları ötdüyünü, həmin göstəricinin 5 milyard dollara çatdırılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu qeyd edərək deyib: “Xəzər dənizindən keçən Orta Dəhliz Şərqlə Qərbi birləşdirən vacib elementdir. Bu kontekstdə biz Orta Dəhlizin əsasını təşkil edən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun tam gücü ilə işləməsinə böyük əhəmiyyət veririk”.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji nəqliyyat layihəsi olan BTQ dəmir yolu xəttinin tikintisinə 2007-ci ildə başlanılıb və 2017-ci ildə istismara verilib. Uzunluğu, təxminən, 850 kilometrlik bu dəmir yolunun 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir. BTQ, eyni zamanda, Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı marşrutlardan biri hesab olunur. İlkin mərhələdə illik 5 milyon ton yük və 1 milyon sərnişin daşınması nəzərdə tutulsa da, gələcəkdə bu göstəricilərin müvafiq olaraq 17 milyon ton yük və 3 milyon sərnişinə çatdırılması planlaşdırılır.

2024-cü ildə aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilib. BTQ xətti qədim İpək yolunun bərpasında mühüm rol oynayaraq, region ölkələri arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artmasına əhəmiyyətli töhfə verir.

Yuxarıda vurğuladığımız kimi, beynəlxalq önəm daşıyan sözügedən infrastruktur – BTQ dəmir yolu Orta Dəhlizin əsasını təşkil edir. Bu dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur. Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrini birləşdirir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu gerçəkləşdirir.

Türkiyə Cümhuriyyəti də Orta Dəhlizin inkişafına hər zaman mühüm önəm verib. Dünya Bankının Direktorlar Şürasının qardaş ölkənin elektrik dəmir yolu nəqliyyatını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 660 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini təsdiqləməsi də bu məqsədə prioritet yanaşılmasından irəli gəlib.

Bankın məlumatına görə, ötən il dekabrın 5-də qəbul edilən kreditin ayrılması ilə bağlı qərar Türkiyənin şərqində, Orta Dəhlizin bir hissəsi olan Divriği–Qars hissəsində dəmir yolu bağlantısının yaxşılaşdırılması məqsədi daşıyır. Layihə dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği məntəqəsi ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini nəzərdə tutur. Layihənin icrası nəticəsində dörd əyalətin – Sivas, Ərzincan, Ərzurum və Qarsın dəmir yolu ilə birləşəcəyi və marşrut boyunca, təxminən, 600 min sakinin bundan faydalanacağı, həmçinin yerli biznes və kənd təsərrüfatının inkişafının sürətlənəcəyi gözlənilir.

Layihənin icrası başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyətinin ildə, təqribən, 750 min tondan 20 milyon tona yüksələcəyi, 2030-cu ilə qədər isə il ərzində 72 min 332 ton karbon emissiyasının qarşısının alınacağı proqnozlaşdırılır. Layihənin ümumi dəyəri 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin–Avropa arasında, hər iki istiqamət üzrə, ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən aldığımız məlumata görə, son 10 ildə Orta Dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb. Bu dinamika gəmi – bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında daha çox müşahidə olunub. Belə ki, 2015-ci ildə 38 min 79 TİR və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu göstərici 77 min 71 ədədə (102,4 faiz və ya 2 dəfədən çox) yüksəlib.

Yeri gəlmişkən, Dünya Bankının proqnozuna əsasən, 2030-cu ilə qədər Orta Dəhlizlə yükdaşımaların həcmi 3 dəfə artacaq. Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Almaniyanın “DW” nəşrinə müsahibəsində bildirib ki, Avropa İttifaqı bu marşrutun inkişafı üçün 10 milyard avro investisiya ayırmaq niyyətindədir.

Ümumiyyətlə, Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi BTQ dəmir yolu böyük əhəmiyyətə malikdir.

Azərbaycan Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək infrastrukturun inkişafına mühüm töhfələr verməyi planlaşdırıb. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb. Artıq Dövlət Gömrük Komitəsi sözügedən dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb. Bütün bunlar isə yaxın gələcəkdə dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına zəmin yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see256

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see205

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see194

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see194

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see192

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see181

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see178

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see176

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see176

UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək

30 May 2026 09:41see166

Ermənistan hərbi paradda Qərb silahlarını nümayiş etdirdi...

30 May 2026 18:17see165

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see164

IV və VI sinif şagirdlərinin diqqətinə: Monitorinq tarixləri açıqlandı

30 May 2026 12:50see164

Xankəndidə möhtəşəm atəşfəşanlıq yaşandı FOTO

30 May 2026 23:09see161

Qadağa qəzəbə ÇEVRİLDİ: Anasını DÖYDÜ GÖRÜNTÜLƏR

30 May 2026 21:52see160

Mütəmadi olaraq yumurta yemək orqanizmə necə təsir edir? 6 vacib dəyişiklik

30 May 2026 15:03see158

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see155

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see154

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see153

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri