Icma.az
close
up
RU
Orta Dəhlizə böyük investisiyalar cəlb edilir

Orta Dəhlizə böyük investisiyalar cəlb edilir

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevrilən Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri şəbəkəsini daha da genişləndirmək və “Bir kəmər, bir yol” layihəsinin coğrafi hüdudlarına əlavə nəqliyyat xətləri cəlb etmək təşəbbüsü ilə çıxış etməkdədir. Yeni geoiqtisadi proseslər fonunda meydana çıxan və heç vaxt olmadığı qədər indi reallığa çevrilmək ehtiyacı artan Transxəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) yaradılmasında respublikamızın səyləri bunu deməyə əsas verir. Son 2 ildə regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynayan Azərbaycan Xəzər regionunu beynəlxalq haba çevirmək üçün TransXəzər nəqliyyat xəttinin imkanlarını və gerçəkliyini qlobal səviyyədə masaya qoyub.

Ötən həftə Sloveniyanın dövlət başçısının Qazaxıstana səfəri zamanı  Orta Dəhlizə qoşulmaq niyyətini ifadə etməsi bu dəhlizə marağın durmadan artdığını göstərir.

Avropa Bankı investor ola bilər

Ötən həftə Səmərqənddə keçirilən sammitdə isə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. Sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Orta Dəhlizə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yerli ofisinin yaradılması isə bu maliyyə qurumunun nəhəng nəqliyat arteriyasına sərmayə qoymaq planlarından xəbər verir.

Yeni siyasi-geoiqtisadi mürəkkəb konfiqurasiyalar mühitində Orta Asiya-Xəzər-Avropa əməkdaşlıq formatının daha da möhkəmlənməsinin təmin edilməsində fürsətləri artırır. Bu bölgə Şərqdən Qərbə doğru istiqamətlənən qlobal trans-nəqliyyat və enerji, logistika qovşaqlarının kəsişdiyi ən strateji coğrafiyalardan biridir. Çindən Xəzər dənizi regionu, Türkiyə-Qara dəniz və Avropa marşrutlarının ən mühüm həlqələri bu coğrafiyalardan keçir. Ona görə də bu bölgədəki bütün tətəfdaşlar öz nəqliyyat infrastrukturlarını Orta Dəhlizə inteqrasiya edərək davamlı sərmayələr qoymaqdadır.

Türk dövlətlərinin investisiya planları

Orta Dəhlizə sərmayə qoyuluşlarında əsas maraqlı tərəflərdən biri türk dövlətləridir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə də Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qolu kimi bu kommunikasiyanın  əhəmiyyətinə toxunulub və TDT ölkələri tərəfindən imzalanan Qarabağ Bəyannaməsində Orta Dəhlizə inteqrasiyanın gücləndirilməsində dair niyyətlər ifadə olunub. Bəyannamədə Orta Dəhlizin daha rentabelli və dayanıqlı işləməsi üçün TDT ölkələri tərəfindən nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, daha çox yükdaşıma həcminin artırılması məqsədilə özəl sektor üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə tərəflər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarının əsaslı şəkildə yenidən qurulması və infrastrukturların təmirinə investisiyalarını cəlb edilməsi, nəqliyyat əməliyyatları və gömrük prosedurlarının optimallaşdırılması üçün üzərinə öhdəliklər götürüb. Bütün bunlar ən azı 4 milyard dollar həcmində investisiya qoyuluşları hesabına başa gələcək.

2025-ci il üçün sərfəli tarif dərəcələri müəyyənləşir

Güzəştli tarif dərəcələri

Orta Dəhliz ailəsinin 2025-ci ildə planlaşdırdığı hədəflərdən biri də tarif dərəcələrinə düzəlişlərdir. Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdə keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılıqlarını bəyan ediblər.

Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Orta Dəhlizdə Azərbaycan müasir geoiqtisadi və geosiyasi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.

E. CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri