Icma.az
close
up
RU
Türkiyə parlamentinin spikeri dünyanın 30 ölkəsindən gəlmiş uşaqlarla görüşüb

Türkiyə parlamentinin spikeri dünyanın 30 ölkəsindən gəlmiş uşaqlarla görüşüb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 21 aprel, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 47-ci Beynəlxalq TRT Uşaq Festivalına qatılmaq üçün dünyanın 30 ölkəsindən Ankaraya gəlmiş uşaqları qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyədə Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş festivalın iştirakçılarını salamlayıb.

Parlamentin sədri uşaqlarla söhbəti əsnasında bildirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün 23 aprel tarixini rəsmi bayram elan etməsi təkcə Türkiyə parlamentinin açılışı ilə deyil, həm də Uşaq Bayramı ilə bağlıdır.

Onun sözlərinə görə, Türkiyə dünyada uşaqların bayramının qeyri-iş günü elan edildiyi yeganə ölkədir.

N.Kurtulmuş müxtəlif dillərdə danışan uşaq və yeniyetmələrin təbəssümlərinin eyni olduğunu vurğulayıb. O, münaqişələrdən və müharibələrdən ən çox əziyyət çəkənlərin də uşaqlar olduğuna təəssüf etdiyini bildirərək deyib: “Bu, bizim vahid dünyada yaşadığımızı göstərən ən gözəl nümunədir”.

Sonra görüşdə çıxış edən azərbaycanlı qız Leyla Məmmədova bildirib ki, uşaqların hamısı gələcəyə ümidlə baxır və sülh şəraitində yaşamaq istəyir.

Bənzər arzuları dünyanın digər ölkələrindən olan uşaqlar da səsləndirib, Ankaraya səfər etmək fürsətinə görə festivalın təşkilatçılarına və Türkiyə xalqına təşəkkür ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri