Türkiyə prezidenti Srebrenitsa soyqırımı ilə əlaqədar paylaşım edib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə əlaqədar paylaşım edib.
Oxu.Az xəbər verir ki, Türkiyə lideri sosial şəbəkə hesabında yazdığı paylaşımda "Srebrenitsa soyqırımı"nı bəşər tarixinin qara ləkəsi kimi təqdim edib.
"Bəşər tarixinə qara ləkə kimi həkk olunmuş və acısı sanki dünən baş vermiş kimi təzə olan Srebrenitsa soyqırımının 30-cu ildönümündə şəhidlik zirvəsinə çatan bütün bosniyalı qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə səbir diləyirəm", - deyə R.T.Ərdoğan qeyd edib.
Qeyd edək ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi (1991-1995) zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8 300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu qanlı olay tarixə "Srebrenitsa soyqırımı" kimi düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















