Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini anıb FOTOLAR

Azərbaycan nümayəndə heyəti Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini anıb FOTOLAR

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər çərçivəsində Potoçari şəhərində yerləşən Srebrenitsa Memorial Mərkəzində olub. SİA xəbər verir ki, komissiyanın katibi Qəzənfər Əhmədov, nümayəndə heyətinin üzvləri Zaur İsmayılov və Nicat Bədəlzadə, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin birinci katibi Emil Ağayev xatirə abidəsinin önünə əklil qoyub, Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad ediblər. Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun idarə heyətinin üzvü Saliha Cuderija Azərbaycan nümayəndə heyətini müşayiət edib.

Anım mərasimindən sonra nümayəndə heyəti Memorial Mərkəzi ziyarət edib və burada daimi fəaliyyət göstərən sərgilərə, sonra isə Tuzla şəhərində Podrinye İdentifikasiya Mərkəzinin işi ilə tanış olub. Mərkəzin məhkəmə antropoloqu Draqana Vuçetiç nümayəndə heyətinə Bosniya və Herseqovinada soyqırımı qurbanlarının ekshumasiyası, identifikasiyası və qalıqlarının yenidən birləşdirilməsi proseslərinin tarixi və həyata keçirilən prosedurlar haqqında təqdimat verib.

Azərbaycan nümayəndə heyətinin 3 günlük səfəri çərçivəsində Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ilkin razılıq əldə edilib. Çünki hər iki ölkə itkin düşmüş şəxslərin qalıqlarının axtarışı ilə bağlı problemlərlə üzləşir.

İnstitutda keçirilən görüşdə tərəflərin səlahiyyətli orqanlarının kütləvi məzarlıqların yerləri haqqında məlumat çatışmazlığı ilə üzləşdiyi vurğulanıb. İtkin düşmüş şəxslərin axtarışı, ekshumasiya, identifikasiya və məlumat bazalarının yaradılması prosesində qazanılmış təcrübə və biliklərin mübadiləsinin müstəsna əhəmiyyət daşıdığı qeyd olunub.

Azərbaycan Respublikasında Ermənistanla münaqişə nəticəsində 3983 nəfər itkin düşüb, Bosniya və Herseqovinada isə hələ də 7608 qurban axtarılır. Bosniya və Herseqovinada indiyə qədər 25 mindən çox qurbanın qalıqları identifikasiya edilərək ailələrinə təhvil verilib, Azərbaycanda isə 688 şəxsin qalıqları ekshumasiya olunub və 167 qurbanın qalıqları identifikasiya edilərək ailələrinə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri