Icma.az
close
up
RU
Türkiyə Qara dənizdə qaz hasilatını artırır və qaz saxlama imkanlarını genişləndirir

Türkiyə Qara dənizdə qaz hasilatını artırır və qaz saxlama imkanlarını genişləndirir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 9 sentyabr, AZƏRTAC

Türkiyə Qara dənizdə qaz hasilatını artırır. Yerli qazın tədarükü artıq bu gün 4 milyon abonenti mavi yanacaqla təmin etməyə imkan verir, lakin bu, kifayət deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Ankara Türkiyənin özündəki yataqlarla yanaşı, Mərkəzi Asiya, Afrika və Yaxın Şərq ölkələrində birgə enerji layihələrinə ümid edir.

A.Bayraktar daxili enerji infrastrukturunun inkişafına investisiyaların artmasına diqqət çəkib. “2030-cu ilə qədər olan dövrdə Türkiyənin qaz anbarlarının tutumu 12 milyard kubmetr qazın yığılmasına imkan verəcək ki, bu da respublikanın tələbatının 20 faizini ödəyəcək”, - deyə Energetika Nazirliyinin rəhbəri bildirib.

Nazir qeyd edib ki, qaz anbarlarının modernləşdirilməsi Avropa bazarlarına qaz ixracını da artırmağa imkan verəcək. “Bununla da, biz bir tərəfdən Türkiyənin enerji təhlükəsizliyinə töhfə veririk, digər tərəfdən isə Avropaya qaz nəqlini artırmağı hədəfləyirik”, - deyə A.Bayraktar əlavə edib.

O, həmçinin vurğulayıb ki, son proqnozlara görə, yaxın 30 ildə Türkiyənin elektrik enerjisinə ehtiyacı 3 dəfə artacaq: “Bu gün Türkiyə saatda təxminən 350 teravatt (TWh) istehlak edir, halbuki üç onillikdən sonra ölkənin 1000 TV/saata ehtiyacı olacaq”.

A.Bayraktarın fikrincə, Türkiyə hökumətinin mühüm prioritetlərindən biri bərpaolunan enerji mənbələridir (BEM).

“2035-ci ilə qədər ölkəmizdə BEM hesabına elektrik enerjisi istehsalı 4 dəfə artacaq. Eyni zamanda, biz növbəti onilliklərdə modul enerji reaktorlarından da istifadə etməyi planlaşdırırıq”, - deyə türkiyəli nazir sözünü yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri