Icma.az
close
up
RU
Türkiyə qaz hasilatını artırır və enerji mərkəzinə çevrilmək istəyir

Türkiyə qaz hasilatını artırır və enerji mərkəzinə çevrilmək istəyir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə xarici enerji daşıyıcılarından asılılığını azaltmaq məqsədilə təbii qaz hasilatını sürətlə artırır və enerji habına çevrilməyə yaxınlaşır.  

Qaynarinfo  "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) "2050-ci ilə qədər perspektivlər" adlı hesabatında qeyd olunub.  

"Sakarya qaz yatağının istismara verilməsi ilə Türkiyədə illik təbii qaz hasilatı 400 milyon kubmetrdən 1 milyard 300 milyon kubmetrə çatıb. 2024-cü ildə isə bu göstərici 2 milyard 260 milyon kubmetrə yüksəlib", – deyə hesabatda bildirilir.  

Sənəddə qeyd olunur ki, Sakarya qaz yatağında yeni kəşflər və inkişaf etdirilən hasilat nəticəsində 2050-ci ilə qədər Türkiyənin illik qaz hasilatı 17 milyard kubmetrə çata bilər. Bu isə ölkənin enerji idxalını azaltması və enerji müstəqilliyinə nail olması üçün mühüm addım kimi qiymətləndirilir.  

Hesabatda vurğulanır ki, Türkiyə yalnız daxili hasilatını artırmaqla kifayətlənməyərək, həm də enerji mərkəzinə çevrilməyə doğru irəliləyir. Çünki ölkə Avropa, Yaxın Şərq və Rusiya arasında strateji tranzit qovşağıdır və geniş boru kəməri infrastrukturu ilə mayeləşdirilmiş təbii qaz (LNG) gücünə malikdir.  

Məlumata görə, 2050-ci ilə qədər dünyada qaz hasilatının 5 trilyon 317 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Avropada isə bu tarixə qədər hasilatın 119 milyard kubmetr azalacağı gözlənilir.  

Xatırladaq ki, Ukrayna Türkiyə ilə azad ticarət sazişini ratifikasiya etməyə hazırlaşır. Bu addım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı səfəri zamanı həyata keçiriləcək.


Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri