Icma.az
close
up
RU
Türkiyə Qazaxıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir

Türkiyə Qazaxıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

Türkiyə-Qazaxıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir

Başa çatmaqda olan ayın ən mühüm hadisələrindən biri Qazaxıstan prezidenti Qasımjomərd Tokayevin Türkiyəyə səfəri və iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsi oldu. Ankara hava limanında Tokayevin şəxsən prezident Ərdoğan tərəfindən olduqca səmimi səviyyədə qarşılanması Ankara-Astana münasibətlərində yeni inkişaf dövrünün başlandığının növbəti nümayişinə çevrildi. Ankarada keçirilən Türkiyə- Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında müzakirə edilən məsələlər və imzalanan sənədlər də iki ölkə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdirildiyini bir daha təsdiq etdi. Belə ki, Ankarada tərəflər arasında imzalanan 20-dən artıq sənəd iki ölkə münasibətlərində hərbi, strateji, iqtisadi əlaqələrin inteqrasiyasına verilən önəmli bir hadisə hesab edilə bilər.

Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 5 milyard dollar olub. Məsələnin bu tərəfinə diqqət yetirən Ərdoğan iclasda bildirib ki, yaxın illərdə Qazaxıstanla ticarət dövriyyəsinin həcminin 15 milyard dollara çatdırılacağı gözlənilir. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinin azı 3 dəfə artırılması deməkdir.

Bu çərçivədə də Qazaxıstanda fəaliyyət göstərən böyük türk biznesinin nümayəndələri ilə Tokayev tibb, logistika və taxıl emalı sahəsində layihələri müzakirə edib. Belə ki, Astanada buğda və noxudun dərin emalı zavodu tikmək niyyətində olan Türkiyənin “Tiryaki Holding” şirkəti ilə 160 milyard tengelik (295 milyon dollar) investisiya müqaviləsi imzalanıb.

Türküstan, Astana və Petropavlovskda çoxixtisaslı xəstəxanaların tikintisinə və istismarına, həmçinin Aktauda multimodal tranzit qovşağının yaradılmasına sərmayə qoyan Türkiyənin YDA Holding qrupunun planlarına xüsusi diqqət yetirilib.

“Sistem Lojistik” şirkətinin direktorlar şurasının sədri Hüseyn Barlin Tokayevlə görüşdə logistika sektorunun inkişaf perspektivləri, o cümlədən Aktobe hava limanında logistika mərkəzinin yaradılması və şirkətin Qazaxıstanın digər iri şəhərlərində iştirakının genişləndirilməsi məsələləri müzakirə edilib.

Sanksiya təzyiqinin artması və Xəzər Boru Kəməri Konsorsiumu (KTA) tərəfindən Qazaxıstan neftinin ixracını bu yaxınlarda dayandırması fonunda enerji sahəsində əməkdaşlıq məsələsi ayrıca müzakirə olunub. Bununla bağlı tərəflər Qazaxıstan neftinin Fakı-Ceyhan neft kəməri vasitəsi ilə nəqli imkanlarını müzakirə ediblər.

"КазМунайГаз" üçün prioritet Qazaxıstanın enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə uzunmüddətli strategiyanın bir hissəsi olan Türkiyənin enerji sektoru, o cümlədən dövlətə məxsus Türkiyə Neft Şirkəti ilə əməkdaşlığın genişləndirilməsidir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın paralel inkişafı. Türkiyədə keçirilən IDEF2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyənin hərbi sənaye kompleksinin qabaqcıl inkişafını əyani şəkildə nümayiş etdirdi ki, bu da bir çox ölkələrdə, o cümlədən Qazaxıstanda qanuni marağa səbəb oldu. İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfəri də daxil olmaqla təsdiqlənən “Успех турецких военных технологии” tərəfdaş ölkələri fəal əməkdaşlığa sövq edir.

Xüsusilə Qazaxıstan Türkiyənin pilotsuz təyyarələrinə ciddi maraq göstərir. Əlamətdar hadisə ötən il Türkiyənin “Baykar” istehsalçısı ilə Qazaxıstanda Qazaxıstan müdafiə-sənaye kompleksinin inkişafı üçün yeni imkanlar yaradan istehsal sahəsinin açılmasına dair razılaşma oldu. Bundan əlavə, Türkiyə təhlükəsizlik sahəsində əməkdaşlığın digər formalarını, o cümlədən peşəkar hərbi təhsil, mütəxəssislərin hazırlanması, konsaltinq dəstəyi və birgə təlimlərin keçirilməsini fəal şəkildə təklif edir ki, bu da Qazaxıstanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Diqqəti cəlb edən və Türkiyə-Qazaxıstan münasibətlərinin ən yksək səviyyədi inkişafına göstərən digər bir amil isə Ərdoğan tərəfindən Tokayevə Türkiyə Respublikasının ən yüksək dövlət mükafatı – Dövlət Nişanı ordeninin təqdim edilməsi olub. Ordeni təqdimetmə mərasimində çıxış edən Ərdoğan Tokayevin liderliyi altında Qazaxıstanın beynəlxalq aləmdə güclü və qüdrətli dövlətə çevrildiyini xüsusi vurğulayıb. O Tokayevin Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını və bunun iki qardaş ölkə arasında münasibətlərin inteqrasiyasında önəmli rol oynadığını diqqətə çatdırıb.

Tokayev də öz növbəsində bu vaxta kimi heç bir dövlətin ali mükafatını qəbul etmədiyini, ancaq Türkiyənin ən yüksək ordeniniə layiq görülməsini özü üçün şərəf hesab etdiyini söyləyib. O buna görə Türkiyə prezidentinə və Türkiyə xalqına təşəkkürünü bildirib: “Mən yerli və ya xarici ordenləri və digər mükafatları qəbul etməkdən imtina etmişəm. Lakin bu gün verdiyiniz qərarın xüsusi əhəmiyyəti var. Bu, Qazaxıstan-Türkiyə əməkdaşlığının salnaməsində əlamətdar tarixi hadisədir. Siz iki xalqın əsas sərvətini – məndən bu nəsildən-nəslə ötürülən dostluq və qardaşlıq tellərini möhkəmlədən əcdadlarımızın vəsiyyətlərinə qəti sadiqliyinizi bir daha təsdiqlədiniz”.

Yeri gəlmişkən onu da deyək ki, Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindən olan Qazaxıstan bu qurumun beynəlxalq səviyyədə nüfuzunun artırılması üçün var-gücü ilə çalışır. Qazaxıstan ümumiyyətlə Türk dövlətlərinin inteqrasiyasında mühüm rol oynayan Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və Türk Akademiyası kimi qurumlar çərçivəsində keçirilən tədbirlərdə fəal şəkildə iştirak edir.

Analitiklərin fikrincə, Tokayevin Ankaraya səfəri və onun orada apardığı danışıqlar hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyıb. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Tokayevın Ankaraya səfərinin nəinki, Türkiyə ilə Qazaxıstan, həm də bütün türk dünyası üçün önəmli bir hadisə olduğunu, eyni soya, eyni kökə malik xalqların inteqrasiyasına verilən əvəzedilməz töhfə kimi dəyərləndirib.

Öz növbəsində politoloq Rasim Musabəyov da Tokayevin Ankaraya səfərinin və orada apardığı danışıqların Türk dünyası arasında bütün sahələr üzrə inkişaf etdiriləcəyinə, beynəlxalq aləmdə Türk Dövlətləri Birliyinin beynəlxalq aləmdə nüfuzunu daha da artıracağını söyləyib.

Təbii ki, Tokayevin Ankaraya səfəri Rusiya tərəfindən narahatlıqla qarşılanıb. Rusiya mətbuatı Türkiyə-Ankara münasibətlərinin inkişaf etdirilməsini və Tokayevin səfəri zamanı iki ölkə arasında 20-dən çox sənədin imzalanmasını Moskvanın Mərkəzi Asiyadan sıxışdırılılb çıxarılması kimi dəyərləndirir. Belə bir fikir vurğulanıb ki, Türkiyənin Mərkəzi Asiyada möhkələnməsi yol verilməzdir və Rusiya buna qarşı cavab tədbirləri həyata keçirməlidir. Bunula belə hadisələrin gedişi göstərir ki, faktiki olaraq Rusiyanın bölgədə baş verənlərə müdaxilə etmək cəhdi çətin ki, bir nəticə versin. Belə ki, Türk dövlətləri arasında inteqrasiya qarşısı alınmaz prosesdir və bu proses daha yüksək səviyyədə davam edəcək.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 30 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri