Icma.az
close
up
RU
Türkiyə regionda antiterror savaşı aparır

Türkiyə regionda antiterror savaşı aparır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il dekabrın 8-də Suriyada qanlı Bəşər Əsəd rejiminin tarixin arxivinə əbədi gömülməsindən sonra region xalqlarını onillər boyu təhdid edən terror qruplaşmalarını məhv etmək üçün real imkanlar yaranır. Türkiyə bu məsələdə fəal mövqe nümayiş etdirir. Ankara qətiyyətlə PKK və onun İraq və Suriyada uzantılarının kökünü birdəfəlik kəsib atmağa çalışır.  

Bugünlərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib ki, Suriya ilə bağlı ölkəsinin iki əsas vəzifəsi var: “Bunlardan birincisi suriyalı qardaşlarımızın vəziyyətidir. İkincisi isə PKK-nın varlığına son qoyulmasıdır. Suriyaya səfərim zamanı bu məsələləri müzakirə etdik. Əhməd əş-Şara rasional siyasətçidir. Ona ümidim var”.

H.Fidan həmçinin qeyd edib ki, Suriya üçün bir nömrəli prioritet ən qısa zamanda həm xalqa xidmət edəcək, həm də beynəlxalq əlaqələri quracaq hökumətin formalaşdırılmasıdır. Əsas məsələlərdən biri rejimin viran qoyduğu, tarixdə bir çox sivilizasiyalara imza atmış bu qədim ölkənin bərpasıdır. Bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var.

Suriya hazırda iki yol ayrıcındadır. Ədalət naminə demək lazımdır ki, yeni hakimiyyət hər vəchlə ölkədə sabitliyi qorumağa çalışır. Məqsəd Suriya dövlətinin suverenliyini, əhalinin rifahını təmin etməkdir. Yeni iqtidar dünyanın, yaxın-uzaq bütün sivil ölkələrilə sıx əlaqələr yaratmaq üçün açıqdır. Təqdirəlayiq haldır ki, dünya da rəsmi Dəməşqlə əlaqələr qurmaqda maraqlı görünür. 

Lakin bir çox xarici dövlətlərdən açıq və gizli dəstək alan PKK, PYD və YPG terrorçuları Suriyanı hələ yaralarını sağaltmamış yenidən xaosa, dərin uçuruma sürükləməyə cəhd edirlər. Təəssüf ki, onları xaricdən dəstəkləyən pozucu güclər də az deyil. Həmin ölkələr Türkiyənin regionda nüfuzunun artmasından narahatdırlar. 

Xoşbəxtlikdən Türkiyə bu gün çox güclüdür. Super güclər belə Ankara ilə hesablaşmağa məcburdurlar. Türkiyə haqlı olaraq PKK terrorunu özünün milli maraqları üçün ciddi təhdid hesab edir. Ankara qətiyyətlə tələb edir ki, Suriya və İraq üçün təhdidə çevrilən terrorçular bölgəni tərk etməlidirlər. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankaradakı Prezident iqamətgahındakı çıxışında bir daha vurğulayıb ki, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır. Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu, məlumdur. Bununla bərabər, beynəlxalq ictimaiyyət bu prosesə töhfə verməlidir. 

Yeri gəlmişkən, R.T.Ərdoğan çıxışında təkcə Suriyadakı vəziyyətdən danışmayıb, eyni zamanda İsrail–Fələstin münaqişəsi barədə fikirlərini söyləyib. Dövlət başçısı qeyd edib ki, müstəqil, suveren və ərazi bütövlüyü təmin olunan Fələstin dövləti mütləq qurulacaq. Onun sözlərinə görə, bu gün Ankara Qəzza əhalisinin vəziyyətini yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışır, diplomatik təmaslarını  davam etdirir.

Hörmətli oxucu, yenidən Suriya mövzusuna qayıdaq. Bir çox təhlilçilər Türkiyənin hadisələrə birbaşa hərbi müdaxilə edə biləcəyini istisna etmirlər. Ankara terrorçuların Suriyanın şimalını tərk etmələri ilə bağlı artıq  bir neçə dəfə xəbərdarlıq edib. Türkiyə prinsipial mövqeyindən geri çəkilən deyil. Əgər terrorçular ölkəni tərk etməsələr, Ankara böyük ehtimalla hərbi əməliyyata başlayacaq. 

Bu arada “Hürriyet” qəzeti belə bir məlumat yayıb ki, Türkiyə və Suriyanın yeni hökumətinin silahlı qüvvələri ən yaxın günlər ərzində Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək. Əməliyyatın vaxtı açıqlanmayıb. 

Yaraqlılar isə bölgədə zorakılıqlar törətməkdən əl çəkmirlər. Terrorçular son günlər tez-tez  Suriya Milli Ordusunun mövqelərinə qəfil basqınlar edirlər. Bundan başqa, PKK-çılar əhali arsasında vahimə yaratmaq niyyətilə yerli sakinləri  qorxudur, onlardan yaraqlıların sıralarına qoşulmalarını tələb edirlər. Kürd xalqının böyük əksəriyyəti yaraqlılardan cana yığılıblar, onları dəstəkləmirlər. 

Bir məqamı da vurğulamağa ehtiyac duyuruq. Son günlər Türkiyə mediasında  Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə iqtidarının daxili və xarici siyasəti ilə tam həmrəy olduğu dərin razılıq hissi ilə qeyd olunur. Azərbaycan liderinin aşağıdakı sözləri Türkiyənin bir çox nüfuzlu nəşrlərində yer alıbdır: “Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir və D-8-lə bağlı bax, bayaq verdiyiniz suala qayıtdıqda bizi ən çox dəstəkləyən də yenə Türkiyə olmuşdur və birinci bizi təbrik edən də Türkiyə olmuşdur”. 

Türkiyədə ingilis dilndə nəşr olunan “The Daily Sabah Newspaper” qəzeti özünün 8 yanvar tarixli nömrəsində yazır ki, cənab İlham Əliyev Türkiyənin Suriyada oynadığı müsbət rolu yüksək dəyərləndirib. Qəzet həmçinin vurğulayır ki, qardaş ölkənin dövlət başçısı jurnalistlərlə məlum müsahibəsində İsrail–Fələstin münaqişəsinə də toxunub və tərəfləri Qəzzada atəşkəsə nail olmağa səsləyib. Qəzetin gəldiyi qənaət budur ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi, bu gün də çəkici eyni zindana vurur. 

Dünya Yaxın Şərqdə, xüsusilə Suriyada baş verən olayları diqqətlə izləyir. Bir çox təhlilçilər Suriyanın yeni rəhbərinin ilk xarici səfərini hansı ölkəyə edəcəyi ilə bağlı mülahizələr söyləyirlər. Dünən “Yeni Şafak” qəzeti xəbər verib ki, yaxın günlərdə cənab Əhməd əs-Şara (Culani) ilk xarici səfərini Türkiyəyə edəcək. 

Nəşr həmçinin yazır ki, Əhməd əş-Şaranın Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. O, Bəşər Əsəd rejiminin devrilməsi üçün göstərdiyi köməyə görə Türkiyə liderinə təşəkkür etmək niyyətindədir. Əlbəttə, bir çox aktual regional məsələlər də gündəmdə olacaq. 

Xatırladaq ki, Suriyada müxalifət 
qüvvələrinin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici rəsmi şəxs Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olub. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyanın paytaxtına səfər edib.

Məsaim ABDULLAYEV, 
Pünhan ƏFƏNDİYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see599

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see405

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see276

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see274

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see273

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see271

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see267

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see256

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see254

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see253

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see249

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see247

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see236

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see229

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see219

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see215

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see215

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see212

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see197

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri