Türkiyə, Rusiya və İran nazirləri Suriya ilə bağlı birgə bəyanat verdi
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Qətərin paytaxtı Dohada bir araya gəldilər.
Astana formatında keçirilən görüşdə Suriyada siyasi prosesin yenidən başlanmasının, ölkənin suverenliyi və ərazi bütövlüyünün vacibliyi vurğulanıb.
SİA-nın əldə etdiyi məlumata görə, iclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edib.
Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Astana formatında keçirilən görüşündən sonra birgə bəyanat verilib. Sənəddə Suriya böhranının siyasi həlli, böhranın davam etməsinin ölkə, region və beynəlxalq təhlükəsizlik üçün riskli bir proses olduğu qeyd edilib. Bildirilib ki, bütün tərəflər hərbi əməliyyatların dayandırılmasına və mülki əhalinin bu böhranın təsirlərindən qorunmasına səbəb olacaq siyasi həll yolu axtarmalıdır.
Baxış sayı:67
Bu xəbər 08 Dekabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















