Icma.az
close
up
RU
Türkiyə “S 400” ləri Rusiyaya geri qaytaracaq? Generalın açıqlamaları

Türkiyə “S 400” ləri Rusiyaya geri qaytaracaq? Generalın açıqlamaları

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əgər Moskva Türkiyəyə satdığı S-400 zenit-raket komplekslərini geri alarsa, bu, Ankara üçün müsbət nəticələr verə bilər”.

“AzPolitika” bildirir ki, bunu haqqin.az-a keçmiş türk Hərbi Hava Qüvvələri pilotu, general-polkovnik Erdogan Karakuş bildirib.

Karakuş qeyd edib ki, Türkiyə artıq öz milli hava hücumundan müdafiə sistemlərini istehsal edir və hazırda “S-400”-lərə tələbat o qədər də böyük deyil. Bu baxımdan, Türkiyə Rusiyanın geri alma təklifini nəzərdən keçirə bilər.

«Rusiyanın “S-400”-ləri geri alma ehtimalı yüksəkdir. Moskva Ukrayna müharibəsində ciddi hərbi itkilər verib və əlavə PVO sistemlərinə ehtiyac duyur. Həmçinin Türkiyə geri ödənişləri ala bilər. Məsələn, ölkənin Rusiyaya olan qaz borcları bu formatda həll oluna bilər. Bu məsələlər ikitərəfli barter formatında tənzimlənə bilər», – deyə Karakuş bildirib.

O əlavə edib ki, Türkiyənin “F-35” proqramına qayıtması da Ankaraya böyük fayda gətirə bilər. 2019-cu ildə proqramdan çıxarıldıqdan sonra Türkiyə təxminən 27 milyard dollar itirib. Karakuşun sözlərinə görə, proqrama yenidən qoşulmaqla bu itkilərin bir hissəsi kompensasiya oluna bilər və Türkiyə dünyanın ən müasir döyüş təyyarələrinə çıxış əldə edəcək, Hərbi Hava Qüvvələrinin parkını diversifikasiya edəcək.

General qeyd edib ki, “F-35” proqramında 11 türk şirkəti iştirak edib və bəzi komponentlər Konya şəhərində istehsal olunmalı idi. Proqramdan çıxmaq nəticəsində bu imkanlar itirilib.

Əvvəlki açıqlamalara görə, ABŞ Prezidenti Donald Tramp Türkiyənin” F-35” proqramına qayıtmasını dəstəkləyir. ABŞ-ın xarici siyasət üzrə tədqiqatçısı Aaron Stein bildirib ki, Tramp əsas məqsəd kimi Türkiyəyə F-35 satışını görür və potensial alıcılar sırasında Türkiyə, BƏƏ və Səudiyyə Ərəbistanı var.

Qeyd olunur ki, Türkiyə əvvəllər S-400-ləri üçüncü ölkəyə satmaq imkanına skeptik yanaşıb, çünki Rusiya bununla razılaşmaya bilərdi. Eyni zamanda, Türkiyə 2014-cü ildə Suriya vətəndaş müharibəsi fonunda Patriot PVO sistemlərinin NATO tərəfindən çıxarılmasını xatırladır. Həmin vaxt ABŞ-nin Suriyada terror təşkilatı olan YPG-yə dəstəyi ciddi gərginliyə səbəb olub.

2024-cü ildən etibarən Türkiyə və ABŞ arasında əlaqələr yaxşılaşır və Ankara “F-35” proqramına qayıtmaq niyyətindədir. “Bloomberg”-in məlumatına görə, Türkiyə Rusiyaya “S-400”-ləri geri satmaq və bunun müqabilində “F-35”-ləri almaq təklifini irəli sürüb. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Türkmənistanda keçirilən görüşdə də müzakirə olunub.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri