Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə "Terrorsuz bölgə" təşəbbüsü çərçivəsində Suriya, İran və İraqla dördtərəfli mexanizmin yaradılmasını təklif edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "TGRT Haber"ə müsahibəsində deyib.
M. Çiftçi bildirib ki, məsələ yaxın günlərdə yenidən gündəmə gətiriləcək və həmkarlarına təqdim olunacaq.
Nazirin sözlərinə görə, hazırda təşəbbüslə bağlı konkret "yol xəritəsi" müəyyənləşdirilməyib: "Yol xəritəsinin yaxın günlərdə dəqiqləşdirilməsi gözlənilir".
M.Çiftçi qeyd edib ki, Türkiyənin "terrorsuz bölgə"yə çevrilməsi qanunsuz qruplaşmaların silahlarını yerə qoymasından asılıdır.
"Biz əlimizdən gələn qədər çalışırıq ki, bu proses daha da qısa zaman ərzində həll olsun", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 Sentyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















