Türkiyə Suriyada 3 hərbi baza yerləşdirməyə hazırlaşır YENİ DETALLAR KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara və Dəməşq hərbi əməkdaşlıq sazişinin imzalanmasına yaxındır. Bu razılaşma Türkiyəyə Suriyanın ərazisində üç hərbi baza yerləşdirməyə imkan verəcək.
KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, sözügedən saziş çərçivəsində Türkiyə təlimatçıları Suriya əsgərlərinə hazırlıq keçəcək, həmçinin hərbi məsləhətləşmələr və ordu islahatlarında yardım göstərəcəklər. Eyni zamanda, tərəflər hava hücumundan müdafiə və pilotsuz uçuş aparatları sahəsində də əməkdaşlığı nəzərdən keçirirlər.
“Aydınlık” yazır ki, Türkiyənin Suriyada hərbi mövcudluğunu genişləndirməsi İsrail və bir sıra ərəb dövlətləri tərəfindən regionda qüvvələr balansına təhdid kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 Avqust 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















